2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

İşdən çıxarılan polis rəisinin ölümü ilə bağlı – Yeni faktlar

Bu gecə Göyçay rayonunda polis zabitinin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Rayonun Çayarxı kənd sakini, sərəncamda olan polis zabiti 1979-cu il təvəllüdlü Məmmədov Xəyal Xanlar oğlunun sürdüyü “Toyota Camry” markalı, 10 OS 016 dövlət nömrənişanlı avtomobil Ucar-Göyçay yolunun Xəlitli kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən qarşısına qəfil başqa maşın çıxıb. X.Məmmədov döngədən qəfil çıxan avtomobillə toqquşmamaq üçün maşını kənara çəkib və nəqliyyat vasitəsi idarəetmədən çıxaraq su kanalına düşüb. Sürücü hadisənin şokundan çıxa bilmədiyindən və qapılar kilidləndiyindən o, maşını tərk edə bilməyib və suda boğularaq ölüb.

Bildirilir ki, keçən ayadək Göyçay rayon Polis Şöbəsinin Pasport Qeydiyyat Şöbəsinin rəisi olan X.Məmmədov işində yol verdiyi nöqsanlara görə vəzifədən azad edilərək sərəncama götürülübmüş.

Saytların yığılması Saytlarin yigilmasi

///Lent.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button