2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SosialXəbərlər

“İşdən çıxarmaqla ailəmi acından ölməyə məhkum ediblər”

Ucar sakini işdən qanunsuz çıxarıldığını bildirir

“Məni qanunsuz olaraq işdən çıxarmaqla ailəmi, iki azyaşlı uşağımı acından ölməyə məhkum ediblər. Bu işgəncəni, ədalətsizliyi Allahda götürməz”. Bunu Az24saat.org saytına müraciətində Ucar rayonu Gəraybəyli kənd sakini Nuriyev Teymur Əli oğlu Fövqəladə Hallar Nazirliyindən işdən çıxarılması ilə bağlı yazıb. O, mətbuat vasitəsi ilə prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib:

“Mən 10.09.1980-cı il tarixdə Ucar rayonunda anadan olmuşam. 20.05.2011-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin Ucar Dövlət Yanğından Mühafizə Hissəsinə yanğınsöndürən vəzifəsinə işə qəbul olunmuşam. Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən təsdiqlənmiş 29 yanvar 2018-ci il tarixli əmri ilə qanunsuz olaraq işdən azad olunmuşam. Həmin əmr mənə təqdim etməsələr də işdən çıxarılma səbəbim barədə şifahi məlumat verdilər. Guya mın dəfələrlə barəmdə tənbeh tədbirləri tətbiq edilməsinə baxmayaraq heç bir nəticə çıxarmamış, öz əmək funksiyamı və ya əmək müqaviləsi üzrə öhdəliklərimi yerinə yetirməmişəm. Bunları əsas gətirərərək, qanuni əsas kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə istinad edilmişdir.

Guya mən işə spirtli içki qəbul edib gəlmişəm sərxoş olmuşam.

Ancaq məhkəmə tərfindən sorğu edilib alınmış sənəddə tam subut olundu ki, qeyd edilən 06 noyabr 2017-ci il tarixdə iş zamanı spirtli içki qəbul etməmişəm, sərxoş olmamışam”.

Saytların yığılması Saytlarin yigilmasi

Şikayətçi deyir ki, əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının . ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib:

“İddia ərizəm üzrə məhkəmə tərəfindən sorğu edilib alnımış sənəddə qeyd edilib: “Ucar rayon Mərkəzi Xəstəxanasının 30.11.2018-ci il tarixli 1595 nömrəli məktubunda qeyd edilmişdir ki, Nuriyev Teymur Əli oğlu 06.11.2017-ci il tarixdə saat 09-45-də sərxoşluq vəziyyətinin tibbi müayinəsi üçün müraciət etmişdir. Müayinə alkotestlə aparılmış və onda sərxoşluq vəziyyəti aşkar olmamışdır.”

Bu konkret və mötəbər subutdur ki, mənim işdən çıxarlmağıma dair Fövqəladə Hallar Nazirliyinin 29.01.2018-ci il tarixli əmri qanunsuzdur. Bütün bu konkret və mötəbər subutlara baxmayaraq Şəki İnzibati-İqtisadi Məhkəməsinin hakimi Kənan Vəlıyev iddia ərizəmi təmin edilməməsinə dair 07 dekabr 2018-ci il tarixli qərar çıxartdı.

Həmin qərardan verdiyim apellyasiya şikayətimə 13 fevral 2019-cu il tarixdə Şəki Apellyasiya Məhkəməsinin hakimi Gündüz Abbasov baxacaq. Çox-çox narahatam ki, Şəki Apellyasiya Məhkəməsinin hakimi Gündüz Abbasov Şəki İnzibati-İqtisadi Məhkəməsinin hakimi Kənan Vəliyev kimi qanunu qərar çıxarmaqdan çəkinər. Çünki hakim Kənan Vəliyev mənə açıq-aşkar dedi ki, sən düzsən, subutların da iddia ərizənin təmin edilməsinə əsasdır. Ancaq etiraf etdi ki, FHN-ə qarşı qərar çıxara bilmərəm, işimdən qorxuram”.

Teymur Nuriyev deyir ki, bu qərar ailəsinin acından ölməsinə dair verilib.

“Çünki mən haqlı olaraq ədalətin bərpasına nail ola bilmirəmsə, bu mənim və ailəmin acından ölməsinə gətirib çıxaracaq. İşlədiyim kollektivin və rəhbərliyin hörmətini, etimadını qazanmışam. İşlədiyim iş mənim yeganə qazanc mənbəyimdir. Əmək haqqım olduğu üçün bankdan kredit götürüb adıma olan hazırda yaşadığımız mənzili girov qoymuşdum. Mən işə sərxoş vəziyyətdə gəlməmişəm, Fövqəladə Hallar Nazirliyinin işdən çıxarılmağıma dair əmr qanunsuz və əsassızdır. Bir ildən çoxdur ki, işdən çıxarıldığım üçün borc edib yaşayırıq. Artıq ailəmiz aclıqdan xəstəlik tapıb.Mənə, ailəmə qarşı edilmiş bu haqsızlığı Allahda götürməz”.

Şikayətçi deyir ki, ümidi Şəki Apellyasiya Məhkəməsinin 13 fevral 2019-cu il tarixdə çıxaracağı qəraradır.

“Əgər Şəki Apellyasiya Məhkəməsi qanunları ali tutarsa, iddia ərizəm təmin olunacaq. İşə bərpa olacam bununla da ailəm azyaşlı uşağlarım ölməyib yaşayacaqlar. Yox, əgər Şəki Apellyasiya Məhkəməsidə birinci məhkəmə kimi qanunsuz qərar çıxaracaqsa, həmin günü ailəmi özümü ölmüş biləcəm. Bu isə faciələrə gətirib çıxaracaq. Çünki mənim uşaqlarım aclıqdan öləcəksə, mənə yaşamaq lazım deyil”.

O, mətbuat vasitəsi ilə ölkə rəhbərliyinə müraciət edıərək, köməklik göstərilməsini xahiş edir.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button