2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İsfəndiyar Vahabzadə Jirinovski barədə fikirlərinə görə təəssüflənmir

Bakı/13.08.21  Keçmiş diplomat İsfəndiyar Vahabzadə bildirib ki, Rusiya Dövlət Dumasının deputatı və Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskiyə ünvanına söylədiyi fikirlərdən təəssüflənmir.

O, “Osmanqızı” İnternet-kanalına müsahibəsində xatırladıb ki, Jirinovski dəfələrlə Azərbaycan xalqına qarşı təhqiramiz fikirlər səsləndirib. Vahabzadə Jirinovskinin indiyədək adekvat cavab almamasından təəssüfləndiyini bildirib.

“Vaxtilə deyib ki, Azərbaycanda 8 milyon qoyun yaşayır. Sonra deyirdi ki, onların sayı 9 milyona çatdı. Necə olur, o, azərbaycanlıları qoyun adlandıranda təhqir sayılmır, mən “donuz” deyəndə təhqir sayılır “, – Vahabzadə bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

O, Jirinovskinin bəyanatına cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin notasını “zəif” adlandırıb. Bu, hətta etiraz notası da deyildi. “Kimsə Azərbaycanın və onun rəhbərliyinin ünvanına təhqirlərə cavab verməliydi “, – Vahabzadə deyib. 06Â-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button