Now Reading:
İsfahan şəhərində artıq 3-cü gündür etirazlar davam edir

İsfahan şəhərində artıq 3-cü gündür etirazlar davam edir

İranın İsfahan şəhərində artıq 3-cü gündür etirazlar davam edir. Su qıtlığı əleyhinə aksiyalar dinc keçirilir.

Sosial mediada yayımlanan videolarda poilisin baryerlər arxasında dayandığını, bir nəfərin isə meqafonla insanları hökumət əleyhinə şüarlar səsləndirməməyə çağırıb.

İsfahanda son iki gün ərzində polis nümayişçilərə eyni münasibət göstərib. Yürüş irəlilədikcə, onlar insanlara “Qorxmayın. Biz sizinləyik!” deyib.

İranın dövlət mediası iki qanunvericiyə istinadən su qıtlığı dərinləşdikcə, İsfahanın milyonla sakininin sudan məhrum olacağını bildirib.

İran hökumətinin İsfahanda çayın səmtini dəyişərək Yəzdə yönəltməsi yerli fermerlərin qəzəbinə səbəb olub.

İran rəsmiləri kənd təsərrüfatı, suvarma və su təminatı siyasətinin yarasızlığının su qıtlığına səbəb olduğunu etiraf edib.

Yağışların normal səviyyədən aşağı olması da vəziyyəti ağırlaşdırır. (amerikaninsesi.org)

24saat.org

Mənbə – azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.