2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İşgəncə videoları araşdırılıb, həbs olunanlar var

Azərbaycan Baş Prokurorluğu Ermənistan hərbçilərinin güllələndiyi bildirilən və işgəncə görüntülərinin yer aldığı videoları araşdırdığını deyir.

Saytların yığılması Saytlarin yigilmasi

Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov oktyabrın 6-da keçirilən brifinqdə bildirib ki, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində yayılmış həmin videolar təhlil edilib: “Bəzi videoçarxların saxta olması müəyyən edilsə də, bəzilərinin doğru olmasına və reallığı əks etdirməsinə ciddi şübhələr yaranıb”.

Onun sözlərinə görə, iki Azərbaycan hərbiçisinin Zəngilan rayonunda döyüş əməliyyatları zamanı öldürülmüş erməni hərbçilərinin meyitləri üzərində təhqiredici hərəkətlərə yol vermələri ilə bağlı istintaq aparılıb. Habelə, iki hərbiçinin Xocavənd rayonunun Mədətli kəndində ermənilərə məxsus qəbir daşlarını dağıtmaqla üzərilərində təhqiredici hərəkətlərə yol vermələri də istintaqın diqqətində olub: “Dörd nəfər şəxs barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Həmin şəxslər barədə istintaq tamamlanaraq baxılması üçün hərbi məhkəmələrə göndərilib, həmin şəxslər məhkəmə hökmləri ilə məhkum ediliblər”.

Tədbirdə habelə deyilib ki, sentyabr hadisələrində Ermənistan hərbçilərinin işgəncələrlə öldürdüyü və görüntüləri yayılan altı nəfər Azərbaycan vətəndaşının meyiti onlara təhvil verilib.

Oktyabrın 2-də sosial şəbəkələrdə Azərbaycan və Ermənistan əsgərlərinin güllələndiyi, meyitlərin təhqir olunduğu iddia edilən görüntülərin yer aldığı videolar yayılıb.

Digər bir videoda isə bir qrup hərbçi, mülki şəxs hərbi və mülki forma olan meyitləri təhqir edir. İddia olunurdu ki, ölmüş hərbçi və mülkilər azərbaycanlılardır, onları təhqir edənlər isə Ermənistan hərbçiləridir.

Beynəlxalq qurumlar və onların təmsilçiləri bu videoların araşdırılması ilə bağlı çoxsaylı müraciətlər yayıblar.

Sentyabrın 12-13-də Azərbaycan və Ermənistan sərhədində vəziyyət yenidən gərginləşmişdi. Tərəflər atəşkəsin pozulmasına görə bir-birlərini günahlandırırlar.

Ermənistan Azərbaycan hərbçilərinin onların ərazisinə daxil olduğunu, Azərbaycan isə qarşı tərəfin təxribatı ilə üzləşdiyini vurğulayıb.

Sentyabrın14-dən tərəflər arasında yenidən atəşkəs əldə edildiyi bildirilib.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button