2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

İşğalçı liderin yeni dönəmi başladı 

Rejimin bu il qəbul etdiyi yeni “konstitusiya” ilə Dağlıq Qarabağ “prezident respublikası”na çevrilib. “Ümumxalq seçkisi”ndə 5 il müddətinə seçilən “prezident” icra hakimiyyətinə rəhbərlik edəcək. Prezident və parlament “seçkiləri” eyni gündə keçiriləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bako Saakyanın səlahiyyət müddəti iyul ayında başa çatıb. Növbəti “parlament seçkisi” isə 2020-ci ildə olmalıdır. Bu məqama görə işğalçı rejim “ana qanun”da keçid müddəası nəzərdə tutub. Həmin müddəaya əsasən, iyulun 19-da “prezidenti” “parlament” seçib. Bako Saakyan 33 “deputatın” 28-nin səsini toplayıb. Onun səlahiyyət müddəti 3 il olacaq. 2020-ci ildə isə “prezident” və “parlament” seçkilərini eyni gündə keçirmək nəzərdə tutulur.

52 yaşlı Bako Saakyan 2007 və 2012-ci illərdə “prezident” seçilib.

1988-ci ilin fevral ayında ermənilər Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tərkibinə verilməsi tələbi ilə separatçı hərəkata başlayıb. Bu hərəkat getdikcə vüsət alaraq Ermənistanın Azərbaycana açıq hərbi təcavüzünə çevrilib.

1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-ci ilin may ayında elan olunan atəşkəsə qədər Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal edib.

1991-ci ildən bəri Dağlıq Qarabağ rejiminə Leonard Petrosyan, Artur Mkrtçyan, Georgi Petrosyan , Robert Köçəryan, Arkadi Qukasyan da rəhbərlik ediblər.

İşğalçı rejim indiyəcən seçki adı altında daha 20 qanunsuz aksiya keçirib: 6 “parlament seçkisi”, 5 “prezident seçkisi”, 6 “bələdiyyə seçkiləri”, 3 “referendum”.

Novator.az

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button