2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

İşğalçılar Çernobl AES və Kiyev yaxınlığındakı hava limanını ələ keçiriblər

Rusiya hərbçiləri Çernobıl Atom Elektrik Stansiyasının ərazisini nəzarətə götürüb. Bu məlumatı UNİAN-a açıqlamasında prezident aparatı rəhbərinin müşaviri Mixail Podolyak təsdiqləyib.

Onun sözlərinə görə, hazırda stansiya təhlükə altındadır, təxribat riski var.

“Ağır döyüşdən sonra Çernobıl sahəsinə nəzarətimiz itirilib. Keçmiş Çernobıl AES-in obyektlərinin vəziyyəti məlum deyil. Rusiyaların bu istiqamətdə tamamilə mənasız hücumundan sonra Çernobıl AES-in təhlükəsiz olduğunu demək mümkün deyil. Bu, Avropa üçün bu gün ən ciddi təhlükələrdən biridir. Rusiyaların vərdişlərini bilirik, onlar yəqin ki, Çernobıl AES-də artıq təxribat xarakterli əməllər hazırlayırlar”, – o bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan əlavə, Rusiya Kiyev yaxınlığındakı hava limanını da ələ keçirib. Ukrayna Silahlı Qüvvələrinin bölmələri ağır döyüşlərdən sonra ona nəzarəti itirib. Bu barədə prezident administrasiyasından məlumat verilib.

Prezident aparatı rəhbərinin müşaviri Mixail Podolyak mediaya şərhində bildirib ki, Silahlı Qüvvələrin bölmələri şiddətli döyüşlərdən sonra hava limanına nəzarəti itirib.

Bundan əvvəl KİV-lər Rusiya qoşunlarının Antonov ərazisinə daxil olması barədə məlumat yayıb.

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button