2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İşğalçılar Kiyevə yenidən soxulmağa çalışırlar – RƏSMİ

24 saat” xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Kiyev vaxtı ilə saat 00:00-a Rusiyanın təcavüzü ilə bağlı operativ məlumat verib. Onlar qeyd ediblər ki, düşmən Ukraynaya qarşı havadan və qurudan hücum əməliyyatını davam etdirir.

Bu zaman işğalçılar hərbi və mülki aerodromları, komanda idarəetmə məntəqələrini, hava hücumundan müdafiə sisteminin obyektlərini, mühüm infrastruktur obyektlərini, müdafiə zonalarında yerləşən yaşayış məntəqələrini və bölmələri atəşə tutur.

Kiyev istiqamətində Polissyada düşmən Demidov ərazisində İrpen çayı üzərindən ponton keçidi tikərək hücumu bərpa etməyə çalışır”- açıqlamada deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

İşğalçıların İrpin şəhərini ələ keçirmək üçün növbəti cəhdi uğursuzluqla nəticələnib. Ukrayna müdafiəçiləri təcavüzkarların texnikalarını məhv ediblər.

Baş Qərargah qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin tank və mexanikləşdirilmiş bölmələri artilleriya qurğularının dəstəyi ilə bütün istiqamətlərdə əhəmiyyətli mövqelərin müdafiəsini qoruyub saxlayır. Pilotlar işğalçıların hava zərbələrini uğurla dəf edirlər.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button