2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“İşğaldakı torpaqlarımızda bütün terror təşkilatlarının nümayəndələri var”

Arzu Nağıyev: “Daim hazırlıqlı olmalıyıq”

Son vaxtlar Türkiyədə baş verən terraktlar Azərbaycanda da ciddi narahatlıqla qarşılanmaqdadır. Vətəndaşların bir qismi məlum gərginlik və terraktların Azərbaycana da sirayət edəcəyindən ehtiyat edir.

24saat.org-a açıqlamasında məlum narahatlığa toxunan “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini, politoloq, təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev Azərbaycan üçün işğaldakı torpaqlar və oradakı terrorçuların daha ciddi təhlükə mənbəyi olduğunu vurğuladı:

Saytların yığılması Saytlarin yigilmasi

“Ölkəmizdə sabitlik etibarlı şəkildə təmin edilib və hüquq-mühafizə orqanları proseslərə ciddi nəzarət edir.

Miqyas etibari ilə Azərbaycan o qədər də böyük dövlət deyil. Ancaq bununla belə, ölkəmizin bir çox qüvvələrin maraq dairəsində olduğu şübhəsizdir. Bundan başqa, unutmaq olmaz ki, Azərbaycanın işğal edilmiş torpaqlarında bütün terror təşkilatlarının nümayəndələri var. Bu, bizim üçün daha ciddi və real təhlükədir. Buna görə də, hərtərəfli hazırlıqlı olmaq lazımdır”.

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button