2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İşğaldan azad olunan ərazidə iki nəfər minaya düşüb


Bu güm, noyabrın 14 -ü saat 17 radələrində işğaldan azad edilən ərazidə minaya düşdüklərinə görə, bir Azərbaycan vətəndaşı həlak olub, daha bir isə həmin vaxt xəsarət alıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilir ki,Ermənistanın silahlı qüvvələri Azərbaycan ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq dinc sakinlərə qarşı cinayət əməllərini davam etdirir.

Saytların yığılması Saytlarin yigilmasi

Qurumdan verilən məlumata görə, 1984-cü il təvəllüdlü Yasin Ələsgər oğlu Əhmədov və onun qardaşı 1989-cu il təvəllüdlü Asif Ələsgər oğlu Əhmədov Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində olarkən minaya düşüblər: “Nəticədə Yasin Əhmədov həlak olub, Asif Əhmədov isə ağır dərəcəli bədən xəsarəti alıb.”

Məlumatda daha sonra da bildirilib:

“Faktla bağlı Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılmış, istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib”

Xatırlatma

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan açıqlayıb ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button