İşğalın 6-cı günü – UKRAYNA ƏZMLƏ MÜDAFİƏ OLUNUR
Rusiyanın Ukraynaya qarşı təcavüzü artıq altı gündür davam edir.
Təcavüzkarın qoşunları və texnikası paytaxta yaxınlaşıb, lakin Kiyevin müdafiəsini qıra bilmirlər. Xarkov, Nikolaev, Sumı Ukraynanın nəzarəti altındadır. Ukraynanın şimal, şimal-şərq, şərq və cənub bölgələrində işğalçı ilə döyüşlər davam edir.
Rusiyanın Ukraynaya təcavüzünün bütün təfərrüatları, şəhərlərdəki vəziyyət, müxtəlif bölgələrdə baş verənlər və dünyanın baş verənlərə reaksiyası haqqında məlumatlar – onlayn “24 saat“da.
***
Xarkovun axşam saatlarında atəşə tutulması nəticəsində “Xarkovoblenerqo” SC-nin yarımstansiyası zədələnib. Bundan əlavə, insanlar binaların dağıntıları altında qalıblar, indi onlar xilas edilir.
Bu barədə “24 saat” Xarkov meri İqor Terexovun bəyanatına istinadən xəbər verir.
“İndi yarımstansiyalarımız partlamağa başlayıb. Rayonların bir hissəsi işıqsız qalıb, müvafiq olaraq su və istiliklə bağlı problemlər də var”, – mer bildirib.
O, açıqlayıb ki, Slobodski, Nemışlyanski və İndustrialnovo rayonlarının bəzi evlərində elektrik enerjisi və suyun verilməsi müvəqqəti dayandırılıb.