2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İŞİD-ə qoşulduğu deyilən azərbaycanlı qadın danışdı

İŞİD terror təşkilatına qoşulduğu iddia olunan və barəsində cinayət işi açılan Gürcüstan vətəndaşı Aydan Qəribova “Bizim Yol”a açıqlama verib.

Ölkə.Az-ın məlumatına görə, əslən azərbaycanlı olan qadın barəsində cinayət işinin açıldığını və Rusiyaya daxil olmasına qadağa qoyulduğunu təsdiqləsə də, İŞİD-ə qoşulması iddiasını təkzib edib.

Onun sözlərinə görə, yanlış anlaşılma nəticəsində başına bu iş gəlib:

Saytların yığılması Saytlarin yigilmasi

“Məni 14 yaşında qaçırıb adətlərə qurban ediblər. Üç övladım var. Ailə-məişət zəminində davamlı problemlər olduğu üçün həyat yoldaşımdan ayrıldım və Türkiyəyə üz tutdum. Övladlarımı da özümlə apardım. Valideynlərim Rusiyada yaşayırdı. Mən onlarla və keçmiş həyat yoldaşımla bir müddət əlaqəni kəsdim.

Sonra isə “Whatsapp” vasitəsi ilə əlaqə saxlayırdıq. Uşaqlığımı əlimdən aldıqlarına və həyatımı məhv etdiklərinə görə anamı qıcıqlandırmaq üçün gülərək İŞİD-ə qoşulduğuma dedim. Anam və həyat yoldaşım bu sözümü ciddi qəbul ediblər və hüquq mühafizə orqanlarına müraciət ediblər. Ötən ilin aprel ayında barəmdə cinayət işi açılıb. Beynəlxalq axtarışa verildiyim deyilir. Mənim yerim bəllidir”.

Aydan Qəribova bildirib ki, Türkiyədə oturum icazəsi ala bilmədiyi üçün övladlarının təhsil almasında problem yaranıb və buna görə doğulduğu Gürcüstanın Qardabani rayonuna qayıdıb. Hazırda o, 80 yaşlı əlilliyi olan nənəsi ilə birlikdə yaşayır.

A.Qəribova nə Suriyaya və İraqa, nə də Dağıstan Respublikasının qanunsuz yollarla hərbi toqquşmaların baş verdiyi ərazilərə getmədiyini deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button