2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İŞİD-in Əhməd Davudoğluna sui-qəsd planı ifşa olundu

Türkiyənin baş naziri Əhməd Davudoğluna qarşı Konyada iştirak edəcəyi tədbirdə hazırlanan sui-qəsd planının üstü açılıb.
“Milliyet” qəzetinin yazdığına görə, Suriyadan olan İŞİD terror qruplaşmasının 9 üzvü sui-qəsd üçün ərazidə kəşfiyyat apararkən saxlanılıb. Onlardan birinin qadın olduğu bildirilir.
Məlumatda qeyd olunur ki, Davudoğluna qarşı sui-qəsd hazırlayan kamikadzelər iki aydır hazırlıq işləri aparırmış.
Xəbərdə o da bildirilir ki, polis sui-qəsd planından xəbərdar imiş və onları daima nəzarətdə saxlayırmış.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button