Loading...
Loading...
Dünya

İŞİD “116 nəfəri edam edib”

Suriyalı fəalları İslam Dövləti (İŞİD) yaraqlılarının Al-Qaryatayn şəhərinə nəzarət edən zaman 116 nəfəri edam etdiyini bildirir.

20 gün ərzində İŞİD azı 116 nəfəri edam edib, onları rejim qüvvələriylə əməkdaşlıqda suçlayıb”, – Britaniyada mənzillənən Suriya İnsan Haqları Təşkilatının rəhbəri Rami Abdel Rahman oktyabrın 23-də bildirib.

Suriya hökumət qüvvələri Homs vilayətindəki Al-Qaryatayn şəhərini oktyabrın 20-də, İŞİD-in nəzarətində 3 həftə qalandan sonra yenidən ələ keçiriblər.

Abdel Rahman deyib ki, rejim qüvvələri şəhəri yenidən ələ keçirəndə küçələrdə sakinlərin meyitlərini görüblər, çox ya güllələnib, ya da bıçaqla öldürülüb.

Son iki ildə İŞİD Suriya və İraqda tutduğu əraziləri itirməkdədir. Ötən həftə ABŞ-ın dəstəklədiyi qüvvələr onları Suriyadakı əsas istinadgahları olan Raqqa şəhərindən də çıxarıb.

Gözdən qaçırmayın:  Xarkovdan dəhşətli görüntülər

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button