2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İŞID-a qatılan ingilis: Peşman deyiləm, amma qayıtmaq istəyirəm

Begüm Suriyanın şimalında, təxminən 39.000 qaçqının qaldığı bir kampda yaşayır

İngiltərənin paytaxtı Londondan 2015-ci ildə ayrılıb İŞID-ə qatılmaq üçün Suriyaya gedən 3 tələbədən biri – 19 yaşlı Şamima Begüm peşman olmadığını, amma artıq İngiltərəyə dönmək istədiyini söyləyib.

BBC-ə danışan təhlükəsizlik nazirinin müavini Ben Volas (Ben Wallace) bəyan edib ki, əgər Begüm Böyük Britaniyaya qayıdarsa, haqqında istintaq başlayacaq və onun terror cinayəti törədib-törətmədiyinə baxılacaq.

Britaniyanın “Times” qəzetinə Suriyadakı bir qaçqın düşərgəsində danışan Begüm, “zibil qutuları kəsik başlar” gördüyünü, ancaq qorxmadığını söyləyib.

Saytların yığılması Saytlarin yigilmasi

Begüm 9 aylıq hamilə olduğunu və İngiltərədə körpəsini dünyaya gətirmək istədiyini və 2 uşağının öldüyünü söyləyib.

Begüm, İngiltərədən qaçan digər iki sinif yoldaşından birinin bombardmanda öldüyünü də deyib. Onun digər dostunun taleyi isə qeyri-müəyyəndir.

2015-ci ilin fevral ayında Suriyaya qaçdıqları zaman Şərqi Londonda “Bethnal Green”də təhsil alan Begüm və Amira Abase 15, Kadiza Sultana 16 yaşındaydılar.

Ailələrinə günü çöldə keçirəcəklərini söyləyən Begüm, Abase və Sultana Qətvik (Gatwick) hava limanından Türkiyəyə uçmuş, buradan da sərhəddi keçərək Suriyaya getmişdilər.

Begüm Rakkada İŞID militanlarıyla evləndirilmək üçün saxlanan qadınların qaldığı evdə tutulurmuş. O, yaşları 20-25 arasında dəyişən, ingiliscə danışan bir döyüşçüylə evlənmək üçün müraciət etdiyini deyib. 10 gün sonra da onu 27 yaşlı müsəlman hollandiyalıyla evləndiriblər. O gündən bu yana bərabər yaşadıqlarını söyləyən Begümün sözlərinə görə, təxminən iki həftə əvvəl İŞID-ın Suriyanın şərqindəki son torpaqlarından qaçıblar. Hazırda Begümün yoldaşı başqa suriyalı qrupa təslim olub. Özü isə Suriyanın şimalında, təxminən 39.000 qaçqının qaldığı bir kampda yaşayır.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button