2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“İŞİD Azərbaycan üzrə nümayəndə təyin edib”

Elxan Şahinoğlu: “Terror dalğası Türkiyəyə bir yox, bir neçə istiqamətdən gəlir…”

Saytların yığılması Saytlarin yigilmasi

“Bu gün Türkiyənin yerləşdiyi coğrafi məkanda vəziyyət gərgindir. Türkiyə ilə sərhəd olan İraqda, Suriyada müharibələr gedir və hər iksində də  terrorçu qruplaşmaların fəallığı hər gün davam edir. Türkiyə PKK, onun Suriyadakı 2 qolu, İŞİD, solçu terrorçularla eyni zamanda mübarizə aparır”.

Bu sözləri Modern.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Siyasi şərhçi bu gün Türkiyənin müxtəlif coğrafi istiqamətlərdən terror təhdidlərinə məruz qaldığını bildirib:

“Təsəvvür edin ki, Türkiyədə eyni gündə keçirilən əməliyyatlarda 10 qruplaşmadan 9-u ələ keçirilirsə, 1 qrup diqqətdən kənardan qalaraq terror törədir. Biz bunun ən son nümunəsini sonuncu dəfə Atatürk Hava Limanındakı terrorda da gördük.

O zaman da bir neçə qrup eyni gündə zərərsizləşdirilmişdi. Lakin qalan bir qrup yenə də terroru həyata keçirə bildi. Türkiyə terrorla uğurla mübarizə aparır. Buna baxmayaraq, təhlükənin və hücumların miqyası böyükdür. Çünki Suriya və İraqda normallaşma prosesi başlamayınca, terrora ağır zərbələr endirilməyincə, Türkiyədə terror təhlükəsi sovuşmayacaq”.

Elxan Şahinoğlu deyib ki, hətta ABŞ-ın özü belə, anidən gələ biləcək terror hücumundan və təhdidindən sığortalanmayıb.

 

“Super güclər də terror qarşısında acizdirlər…”

 

Politoloq hesab edir ki, Türkiyəyə sığınan 3 milyonadək suriyalı qaçqının arasında xüsusi hazırlanmış terrorçular var:

“Dünyanın super gücü olan ABŞ 11 sentyabrda planlaşdırılan terroru əvvəlcədən proqnozlaşdıra bilmədi. Almaniyadan Amerikaya gedən tələbələr orada 5-6 aylıq mülki aviasiya üzrə uçuş kurslarını keçdikdən sonra terror törətdirlər. Hətta bu aylar ərzində ABŞ xüsusi xidmət orqanları də həmin tələbələrin niyyətlərini və planlaşdırdıqları terrordan xəbər tuta bilmədilər.

Bu baxımdan terrorla mübarizədə Türkiyədən asılı olmayan məsələlər də var. Bu gün Türkiyəyə Suriyadan gələn 2-3 milyon qaçqının içində xüsusi olaraq hazırlanıb göndərilən terrorçular da var və onları adi qaçqınlardan seçmək çox çətindir.

Türkiyənin bundan əvvəlki Baş Qərargah rəisliyi açıqlama vermişdi ki, bu illər ərzində PKK-nın üzvləri qədər ümumən Türkiyədə terrorçu məhv edilib

Yəni PKK-nın hazırkı sayını 5 min nəfər götürsək, 15 min terrorçu öldürülüb. Amma yenə də PKK-çıların sayı azalmır. Çünki öldürülən terrorçuların yerinə başqaları gəlir. Türkiyənin bu gün terrora qarşı mübarizəsi çox çətindir. Bu mübarizə ilə yanaşı, ölkənin iqtisadi stabilliyini qoruyub saxlamaq da asan deyil”.

“İŞİD Rusiyanı hədəf almaq istəyir…”

 

Elxan Şahinoğlu bildirib ki, Türkiyədəki terrorda İsrail və Rusiyanın əlinin olması mümkün deyil.

O, deyib ki, “İslam dövləti” (İŞİD) terror qruplaşması son zamanlar Türkiyədəki teraktların törədilməsi üçün hiyləgərliklə ərəb mənşəli deyil, əsasən MDB ölkələrindən olan türk mənşəli terrorçular seçir:

“İsrail və Rusiyanın Türkiyədəki terrorlarda əlini olduğunu  düşünmürəm.Əksinə, Türkiyə İsrail və Rusiya ilə münasibətlərini normallaşdırmağa başlayıb.

Ola bilsin ki, əvvəllər Türkiyənin İsrail və Rusiya ilə münasibətlərində gərginlik olduğu zaman hər iki ölkə Türkiyəyə qarşı olan kampaniyalarda iştirak edib. Amma bu gün həmin mərhələ geridə qalıb.

İŞİD Suriyada və İraqdakı savaşlarda geniş meydan əldə edib və artıq bu gün istədiyi formada terror törədə bilir . İŞİD qəddar olduğu qədər də, hiyləgər terror təşkilatıdır. Türkiyədəki sonuncu terrorda terrorçuların arasında özbək, çeçen, qırğız və digər türk millətlərindən olanlar da var idi.

İŞİD MDB ölkələrindən terrorçular hazırlayıb, terror aktları törətməklə əslində diqqəti Rusiyaya çəkmək istəyir. İŞİD gözəl bilir ki, ərəb mənşəli terrorçulardan istifadə etsə, həmən de-şifrə oluna bilər”.

 

“Azərbaycan çox ehtiyatlı olmalıdır, terror heç də uzaqda deyil…”

 

Siyasi şərhçi Türkiyədə və regionda baş verən terror aktlarının heç də Azərbaycadan uzaq olmadığını söyləyib:

“İŞİD-ə qoşulan azərbaycanlılar da var. Düzdür, onların bir qismi Azərbaycana döndükdən sonra olunub. Amma bu gün Türkiyənin axtarışa verdiyi ən təhlükəli 48 İŞİD-çi dən biri də azərbaycanlı qadın Ülkər Məmmədovadır.

Ona görə də gərək Azərbaycan özü də təhlükəsizlik tədbirlərini gücləndirsin. İŞİD yəqin ki, artıq oradakı azərbaycanlılardan kimisə Azərbaycan üzrə nümayəndə təyin edib.

Fransadakı son terror aktı zamanı istintaqa məlum odu ki, terrorçulardan birini bir neçə gün əvvəl polis əməkdaşı həbs edib, amma digər polis nəfəri onu buraxıb. Bununla da sübut olundu ki, o günlərdə Paris polisi koordinasiyasız və əlaqəsiz işləyib”.
Politoloqun fikrincə, Azərbaycanda Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti terrora qarşı birgə mübarizə qurumu, yaxud hansısa qrup təşkil etməlidir.

O qurum yalnız terrora qarşı mübarizə və ona hazırlıq işləri görən qüvvələrin axtarılması ilə məşğul olmalıdır. Ətrafda baş verən hadisələr terrorun bizdən heç də uzaqda olmadığını göstərir”-deyə Elxan Şahinoğlu vurğulayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button