2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İŞİD-dən azad edilən şəhərdə bayram sevinci – Qadınlar çarşabları tulladı

Suriyanın Menbic şəhəri İŞİD-dən təmizlənib.
   
Suriyanın Menbic şəhəri İŞİD terrorçularından təmizlənib. Terror qruplaşmasından azad olunan bölgədə ən böyük sevinci qadınlar yaşayıb. ANS PRESS-in məlumatına görə, onlar İŞİD-in məcburiyyəti ilə geyindiyi geyimləri, örtükləri çıxarıb ataraq bu sevinci qeyd ediblər.
Bütün bunları “Reuters” xəbər agentliyinin yaydığı fotolar sübut edir. Suriya Demokratik Qüvvələri şəhərə girməyə çalışarkən ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri  havadan Menbici bombardman edir. Lakin bütün bunlara baxmayaraq şəhər sakinləri, xüsusən də qadınlar İŞİD məcburiyyəti ilə geyindikləri burkaları çıxarıb atırlar.





Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button