2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İŞİD-dən TƏHDİD MESAJI: İstanbulda da eynisini etmişdi

İŞİD terror təşkilatı internetə yüklədiyi video ilə Belçikanı təhdid edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, video Belçikanın liman şəhəri olan Antverpendə çəkilib.

Videonun əvvəlində əlində bir kağız tutan adam görünür. Kağızda ingilis dilində “biz hələ buradayıq” yazılıb. Əlində kağızı tutan şəxs daha sonra telefonla çəkdiyi təxmin edilən çəkilişə davam edərək qatar stansiyası və ətrafını göstərir.

Saytların yığılması Saytlarin yigilmasi

Videonun internetdə yayılmasının ardınca başda Belçika olmaqla, bir çox Avropa ölkəsində təhlükəsizlik tədbirləri gücləndirilib.

Xatırladaq ki, Yeni il gecəsi İstanbulda “Reina” klubunda 39 nəfəri öldürən Abdülkadir Maşaripovun mobil telefondan da bənzər bir video çıxmışdı. Onun hücum üçün seçdiyi Taksim meydanında çəkdiyi videonun İŞİD-ə mesaj olaraq göndərildiyi müəyyən edilmişdi.

 

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button