2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İŞİD həbsxanalarında dəhşət – 15 yaşlı qızı zorlayıb öldürdülər

İŞİD sıralarını tərk edən həbsxana işçisi terror qruplaşmasının həbsxanalarında baş verənlərdən danışıb.

 

“Ölkə.Az” xəbər verir ki, eyni zamanda həbsxanalarda çəkilən fotolar da mətbuata sızdırılıb.

Saytların yığılması Saytlarin yigilmasi

İŞİD sıralarını tərk edən Nizar adlı terrorçu qruplaşmanın qaçırdığı 475 qadının seks köləsi kimi istifadə edildiyini, bir terrorçu tərəfindən zorlanan 15 yaşlı qızın qanaxmadan öldüyünü bildirib. 15 yaşlı qız Sudandan olan terrorçu tərəfindən zorlanıb. Hadisə həbsxana kameralarından birində baş verib.

Nizar bir çox qadının qaçırılaraq cinsi istismara məruz qaldığını etiraf edib. İŞİD həbsxanalarında çəkilən fotolarda isə bir küncə sığınmış, bir-birlərinə qorxu ilə sarılmış qadınlar və qız uşaqları var. Qadınlar üzlərini gizlətməyə cəhd edirlər.

Qaçırılan 475 qadın arasında yezidi kürdləri və iraqlılar var. Onların böyük əksəriyyəti terrorçulara qarşı savaşan hərbçilərin arvadlarıdır. Nizarın sözlərinə görə, həbsxanada uşaqları əllərindən alınan qadınların günü ağlamaqla keçir. Bəzi qadınlar tanımadıqları terrorçulara ərə verilib. Bəziləri isə sorğu-sualsız edam edilib.

Gecələr kabus görməyə başlayan terrorçu qruplaşmadan ayrılmaq qərarına gəlir və ailəsi ilə birlikdə Suriyadan Türkiyəyə qaçır.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button