2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

“İŞİD-i Rusiya ilə mübarizə üçün saxlayaq” – Trampa ŞOK TƏKLİF

“Terrorçularla mübarizə Vaşinqtonun xeyrinə deyil”.
Publika.az xəbər verir ki, bunu “The New York Times” qəzetinin köşə yazarı Tomas Fridman “Tramp Suriyada İŞİD-lə niyə mübarizə aparır” başlıqlı yazısında bildirib.
Fridman faktiki olaraq ABŞ-ı Suriyada İŞİD-lə mübarizəni dayandırmağa çağırır.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp İŞİD-ə mövcud olmağa icazə verməlidir. Müəllifin fikrincə, İŞİD Suriya lideri Bəşər Əsəd, İran, Rusiya və “Hizbullah” üçün “baş ağrısı” kimi qalmalıdır.
Fridman etiraf edir ki, qlobal planda İŞİD-lə mübarizə lazımdır, ancaq terror qruplaşması Qərbi İraqa və Suriyanın çox hissəsinə nəzarət edir.
“Onların hədəfi Suriyada Bəşər Əsəd rejimi və onun müttəfiqləri, İraqda isə İranın şiə rejimi ilə mübarizə aparmaqdır. ABŞ Suriyada İŞİD-i məhv etsə, bununla da Əsəd, İran, Rusiya və “Hizbullah”a təzyiqi azaldacaq”, – müəllif əlavə edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button