2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İŞİD lideri öldürülməyib – PENTAQON TƏKZİB ETDİ

ABŞ İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin məhv edilməsini təsdiq edə bilməz. Bu barədə ABŞ qoşunlarının İraqda və Suriyada iştirak edən antiterror əməliyyatları qrupunun rəsmisi, polkovnik Kristofer Harver məlumat verib.

Bağdaddan telekörpü vasitəsilə Pentaqonun mətbuat mərkəzində toplaşan jurnalistlər üçün brifinq keçirən polkovnik qeyd edib ki, mətbuatın bu haqda yazdıqları həqiqəti əks etdirmir.

“Biz məlumatı təsdiqləyə bilmərik. Mətbuat bu əməliyyat barədə qeyri-dəqiq məlumatlar yayır. Biz bu gün Rakkaya hava zərbələri endirməmişik. Bununla belə, İŞİD-ə qarşı müharibə davam edir, onun başçılarına hücüm edəcəyik” – deyə o bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, ərəb internet portalı “Elaf” öz mənbələrinin məlumatlarına əsasən ABŞ-ın rəhbərlik etdiyi antiterror koalisiyasının hava zərbələri nəticəsində İŞİD liderinin Suriya ərazisində məhv edilməsi haqda xəbər yayıb. Digər media orqanları da iddia edir ki, əl-Bağdadi antiterror koalisiyasının havadan endirilən zərbəsi nəticəsində Rakka şəhəri yaxınlığında öldürülüb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button