2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İŞİD üzvü: “500 adam öldürdük, 200 qadını zorladıq”

“Vallahi, dəqiq yadımda deyil, amma mən biləni, 500 adam öldürdük, 200 qadını zorladıq. Burada nə var ki?! Onlar Allahın yolunu azanlar, müşriklər, mürtədlərdilər, İblisə və Taquta qulluq edirdilər”
 İraqın şimalındakı Kərkük şəhərində həbsxanada olan Ömər Hüseyn belə deyir. Uzunluğu 2 metr, eni 1,5 metr olan kiçik kamerada saxlanan, bütün günü Quran oxuyan saqqallı, 21 yaşlı Ömər Hüseyn “İraq və Şam İslam Dövləti” (İŞİD) terror qruplaşmasının mənsubudur.
O, İraqın şimalındakı Dohuq, Haseki və Sincar bölələrində kütləvi qətllərdə, edamlarda iştirak etdiyini deyir. Şəstlə, qürurla, həvəslə.
Ömər Hüseynin sözlərinə görə, şəxsən 40 nəfəri edam edib: “Mən şəfqətli insanam. Vallahi, o insanlara əzab vermək istəmirdim və bunun üçün də gözlərini bağlayırdım”.
Ömər Hüseyn ötən ilin oktyabrında İŞİD-in Kərkükə hücumu zamanı ələ keçirilib. Həmin hücumda 63 terrorçu məhv edilmişdi, 99 dinc sakin və polis həlak olmuşdu.
“Allah bizim əmirlərimizdən, rəhbərlərimizdən razı olsun! Bizə dedilər ki, döyüşdə ələ keçirdiyimiz qadınların hamısı bizimdir, cariyələrimizdir. Biz də bundan yararlandıq. Dəstələrimiz kürdlərin, yezidlərin yaşadıqları şəhərləri ələ keçirdikcə biz Allahın yolundan azmışları tutur, cəzalandırırdıq. 2013-2016-cı illər arasında təxminən 500 adamın öldürülməsində, 200 qadının zorlanmasında iştirak etmişəm. Səhv edə bilərəm, onların sayları yadımda qalmayıb. İlk adamımı 2013-cü ildə öldürdüm. Əmirlər bizə adam öldürməyi öyrədirdilər. Üç ildə 500 insanı öldürdüm, cəzalandırdım. Gözlərini bağlayıb diz çökdürürdüm, sonra arxadan başına atəş açırdım. Normaldır. Əzabsız ölürdülər”, – Ömər Hüseyn söyləyib.
İraq Kürdüstanının Təhlüksizlik Xidmətinin əməkdaşlarının dediklərinə görə, onlar Ömər Hüseynin cinayətləri ilə bağlı sübutlara malikdir. Lakin bu cəlladın vəhşiliklərinin miqyası tam bəlli deyil.
“İndi kamerada təkəm. Yaxşı insan, mömin müsəlman olmaq, günahlarımın bağışlanması üçün bütün günü Qurani-Kərim oxuyuram”, – Ömər Hüseyn deyib.
Milli.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button