2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

İşıq borcu iki uşağı yetim qoydu

Astarada iki uşaq atasının həyatına işığa görə son qoyuldu

Saytların yığılması Saytlarin yigilmasi

Ödəməli olduğu borca görə evinə gələn elektrik enerjisi kəsilən Astara sakini bədbəxt hadisənin qurbanı olub. Elektrik naqilini qoşmaq istəyərkən onu cərəyan vuraraq öldürüb.

APA-nın məlumata görə, hadisə Astara rayonunun Ərçivan kəndində qeydə alınıb. Kənd sakini, 43 yaşlı Anar Mürşüdovun evinə gələn elektrik enerjisi Astara rayon Elektrik Paylayıcı Şəbəkəsinin əməkdaşları tərəfindən kəsilib. Elektrik naqilini qeyri-qanuni üsulla özü qoşmaq istəyən A.Mürşüdovu cərəyan vurub.

Ağır xəsarət alan Anar dərhal yaxınlarının köməkliyi ilə Astara rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ancaq həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı araşdırmalara başlanılıb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button