2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

İşıq və qazın bahalaşması kasıbların belini qıracaq”

Səxavət Əlisoy: “Bahalaşmanın aztəminatlı ailələrin marağına xidmət etməsini düşünmək belə gülüncdür”

Tarif Şurasının işıq və qazın qiymətini artırması cəmiyyətdə ciddi müzakirələrə yol açmaqdadır. İnsanların böyük əksəriyyətinin bu yenilikdən ciddi təşvişə düşməsinə baxmayaraq, bəzi millət vəkilləri, iqtisadçı-ekspertlər bu dəyişikliyin aztəminatlı ailələrə təsir göstərməyəcəyini, əksinə, onların maraqlarına hesablandığını iddia etməkdədir.
Maraqlıdır, işıq və qazın bahalaşmasının aztəminatlı ailələrin marağına xidmət etməsi ilə bağlı deyilənlərdə həqiqətə payı varmı? Doğrudanmı, bu bahalaşmanın aztəminatlı ailələrə mənfi təsiri olmayacaq?
24saat.org-a açıqlama verən ADR sədrinin müavini Səxavət Əlisoy bu barədə deyilənlərin cəfəngiyyatdan başqa bir şey olmadığını vurğuladı:
“Bahalaşmanın aztəminatlı ailələrin marağına xidmət etməsini düşünmək belə gülüncdür. Bahalaşma ən birinci kasıbların belini qırır. Əgər hökümət gerçəkdən aztəminatlı ailələrin maddi durumunu yüksəltmək istəyirsə, dövlətin təməlini çökdürən 100 vəzifəlinin mal varlığına əl qoysun və xalqdan oğurlanmış milyardları imkansız ailələrin vəziyyətinin yaxşılaşdırmağa yönəltsin. Min təəssüflər ki, hökumət bunu etmir. Son bahalaşma və bundan sonra gələcək bahalaşmalar cəmiyyətdə çox dərin təbəqələşmə yaradacaq. Bu təbəqələşmənin nə vaxtsa çox acı ” meyvələr” verəcəyinə isə, kimsə şübhə etməsin”.

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button