Now Reading:
İşıqpulu narazılıqlarına “Azərişıq”dan AÇIQLAMA

“Sərf etdiyindən artıq pul yazılması barədə abonenltərin iddiaları yoxlanılıb və sayğac hesablamasında hər hansı səhv qeydə alınmayıb”

Son günlər media və sosial şəbəkələrdə elektrik sərfiyyatının reallığa uyğun hesablanmaması və sayğaclara kənar müdaxilə ola biləcəyi şübhəsi ilə bağlı müzakirələrdə səslənən iradlara “Azərişıq” Açıq Səhimdar Cəmiyyəti (ASC) təmsilçiləri avqustun 11-də mətbuat konfransı keçirərək cavab veriblər.

Mətbuat konfransında müzakirə edilən məsələnin mahiyyəti əsasən Smart tpli sayğaclara kənar müdaxilənin mümkün olub-olmaması idi.

 

Qurumun ictimaiyyətlə əlaqaələr şöbəsinin müdiri Tanrıverdi Mustafayev iyul ayında abonentlərə işıq pulunun çox gəlməsini havaların isti keçməsi üzündən elektrik sərfiyyatının çoxalması ilə izah edib.

“Azərişıq” ASC SMS sayğaclar şöbəsinin rəisi Araz Məmmədzadə isə bildirib ki, Smart sayğaclara müdaxilə edilməsi mümkün deyil:
“Eyni zamanda sayğacın qeydə aldığı göstəriciləri belə dəyişmək olmaz. Bu sayğacları sındarmaq olar, amma qeydə aldığı nəyisə dəyişmək mümkün deyil” – deyə A.Məmmədzadə bildirib.

A.Məmmədzadə deyib ki, sayğaclar zavod təminatı ilə gəlir, test edilir, ondan sonra istismara verilir.

Onun sözlərinə görə, elektrik enerjisinə görə, sərf etdiyindən artıq pul yazılması barədə abonenltərin iddiaları yoxlanılıb və sayğac hesablamasında hər hansı səhv qeydə alınmayıb.

Eyni zamanda, “Azərışıq” ASC təmsilçiləri xatırladıblar ki, Taarif Şurasının ötən il verdiyi qərara uygun olaraq mənzillərdə kondisionerlərin uzun müddətli çalışması ilə aylıq 7 qəpikdən hesablanan 300 kilovatlıq limiti keçdikdə, qalan sərfiyyat hər kilovat enerjiyə görə, 11 qəpikdən hesablanır.

Öz növbəsində konfransa qatılan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə deyib ki, sistemə kənardan müdaxilə edilməsinə onda şübhələr var. Onun fikrincə, yerli və beynəlxalq audit olmalıdır ki, bu fəaliyyətin standartlara uyğun olub-olmadığı müəyyən edilsin.

Xatırlatma

Son günlər ayrı-ayrı vətəndaşlar sosial şəbəkələrdə istifadə etdikləri elektrikin çox hesablanmasına aid iddialar yayırlar.Həmin iddialarda əsas tənqid hədəfi “Azərişıq” ASC idi.

Azadliq.org

QR:  <?php the_title(); ?>

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.