2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Iskander raketləri ilə ‘bağlı’ institut yandı

Yanğın nəticəsində 6 nəfərin öldüyü, 27 nəfərin xəsarət aldığı xəbər verilir

Saytların yığılması Saytlarin yigilmasi

Rusiyanın Tver şəhərində Müdafiə Nazirliyi kosmik-hava qüvvələrinin mərkəzi elmi-tədqiqat institutunda yanğın olub.

Yanğın nəticəsində 6 nəfərin öldüyü, 27 nəfərin xəsarət aldığı xəbər verilir.

Interfax agentlyinin verdiyi xəbərə görə institutun binası tamamilə yanıb və damı uçub.

Fövqəladə hallar xidmətinin nümayəndəsinin sözlərinə görə alov sürətlə yayılıb və 1500 kvadrat metrilik sahəni əhatə edib.

Interfax xəbər verir ki, yanğın institutun inzibati binasının 2-ci mərtəbəsində başlayıb.

Bu da xəbər verilir ki, binanın damı taxta, divarları isə plastiklə örtülmüşdü.

TASS yanğının elektrik xəttində qısa qapanmadan baş verdiyi ehtimalının olduğunu yazır.

Hərbçilər ETİ elmi heyətinin evakuasiya olunduğunu bildirirlər.

Rusiya Müdafiə Nazirliyi hərbi-kosmik qüvvələrin elmi-təqdqiqat institutu 2014-cü ildə yaradılıb.

“Skoro voyna” Telegram kanalı bildirir ki, bu müəssisə Iskander raketlərinin, zenit qurğularının və Tu-160 strateji bombardmançı təyyarələri üçün “gözəgörünməzlik” sistemləri üzərində işləyir.

Sayt yazır ki, adamlar zəhərli qazlardan boğulmamaq üçün özlərini binanın pəncərələrindən atırdılar.

24 saat” “
Iskander raketləri ilə ‘bağlı’ institut yandı
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button