2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

İslahat şousu davam edir

Yaxud, Paşayevlərin “təmizləmə” taktikası

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan hakimiyyətinin xarakteri aydın şəkildə ortadadır. Yəni, bu hakimiyyət üçün heç vaxt dövlət və xalq maraqları önəm kəsb etməyib. Bütün fəaliyyətlər, bütün çırpıntılar əbədi hakimiyyətə sahiblənmək, milyardları mənimsəmək üzərində qurulub. Amma son dövrlər idarəetmədə xautiklik daha da artıb və dövlətin aqibəti tamam arxa plana keçib. Daha doğrusu, klanlararası savaş pik həddə çatıb və hər kəs öz planını həyata keçirmək uğrunda çaba sərf edir. Bu savaşda istənilən qurbanı verməyə, dövləti daha zəif hala salmağa da hazırdırlar.

Mehriban Əliyevanın minaları

Təbii ki, bu savaşda Paşayevlər xeyli uğur əldə edib və Mehriban Əliyevanı taclandırmaq üçün “ssenari”yə uyğun addımlayırlar. Amma bu komandanı ciddi narahat edən bir məsələ var ki, bu da xalqın artan narazılığıdır. Xüsusən də parlament seçkiləri ərəfəsindəki vəziyyət bu narazılığı aydın göstərdi. Hakimiyyətin deputat kimi cəmiyyətə sırımaq istədiyi adamlar, cəmiyyət tərəfindən rədd edildi. Seçki günü isə kütləvi boykot, eyni zamanda biabırçı ifşa baş verdi. Hakimiyyət bir daha başa düşdü ki, AzTv-lərin “islahat” qışqırması, “analoqsuz inkişaf” nağılları fayda verməyib.
Amma yenə də yeganə çıxış yolunu islahat şousunu davam etdirməkdə gördülər. Mehriban Əliyevanın prezidentlik ehtirası, Paşayevlar erasını başlatmaq arzusu qüvvədədir. 9 fevralın nəticələri tam istədikləri kimi alınmasa da, imitasiyaya davam edirlər. Həm ölkə ictimaiyyətinə, həm də dünyaya müsbət nələrsə təqdim etməyə çalışırlar. Təsadüfi deyil ki, Paşayevlərin müxalifət daxilində yetləşdirdiyi minalar üzə çıxır, “müstəqil şəxs” kimi təqdim edilən adamların ağzından “islahat köpüyü” gəlir. Belə adamların vasitəsilə xanımın müsbət imicin, “yeni komanda”nın xilaskar obrazın yaradırlar.
Beləliklə, bir tərəfdən prinsipial müxalifəti sıradan çıxarmağı, o biri tərəfdən də rəqib klanın qol-budağın budamağı planlaşdırırlar. Artıq rezervdə heç nə saxlamaq istəmirlər. Bütün potensialı sərf edib, prosesi başa çatdırmaq niyyətindədirlər.

“Vurulanlar” və “vuranlar”

Hakimiyyətin mahiyyətinə bələd olan hər kəs bilir ki, bu ölkədə heç bir vəzifəli şəxs korrupsiyaya görə vurulmur. Baş verənləri “korrupsiya ilə mübarizə”, “vəzifədən sui-istifadə edənlərin cəzalandırılması” kimi təqdim etsələr də, əsl səbəb başqadır. Belə ki, bu ölkədə məmur cəzalandırması iki səbəbdən baş verir. Ya əsas kassaya xəyanətə görə, ya da klanlararası savaşın nəticəsinə görə “qələmlər” sındırılır. Əslində, Ağstafanın icra başçısından başlayıb, Neftaçalanın icra başçısıyla davam etdirilən “təmizləmə prosesi” şoudur və Mehriban Əliyevanın yolundan daş-kəsəyin götürülməsidir
Əlbəttə ki, bu icra başçıları xirtdəyə qədər korrupsiyaya batmış, cinayətə bulaşmış adamlardı. Amma “vuranlar”ın niyyəti idarəçiliyə təmizlik gətirmək deyil. Doğurdan da korrupsiya ilə mübarizədirsə, daha böyük korrupsionerlər var və çoxdan cəzaların almalıydılar. Bu ölkədə isə bir qayda olaraq korrupsiya ilə mübarizəni daha böyük korrupsionerlər həyata keçirir.
İndiki halda isə proses Neftçalanın icra başçısıyla yekunlaşmayacaq və “cəzalandırma” adı altında başqa maneələr də aradan götürüləcək. Bir daha qeyd edək ki, bütün bu prosesin məqsədi idarəetmədə təmizlik yaratmaq yox, Mehriban Əliyevanın yolun təmizləməkdi. Sadəcə olaraq bu işi “islahatlar davam edir” siqnalıyla həyata keçirirlər

Və sonda

Nə qədər məkrli planlar cızsalar da, nə qədər cəmiyyəti aldatmağa çalışsalar da, nəticə bumeranq effektli olacaq. Artıq adamlar “islahat” sözünə ironiya ilə yanaşır, klanlararası savaşın simptomları aydın görünür, Paşayevlərin “sveji” sözçülərin ictimai-rəy “daş-qalaq” edir, sosial şəbəkələr yalanın ömrün qısaldır. Reallıq budur ki, Paşayevlərin heç bir kadrı bu vaxta qədər cəmiyyətin nüfuzun qazana bilməyib. Müxalifətdən transfer olunanlar isə parlamentə çatmamış “dəfn” olunub.
Müxtəsər, xalq bütün məkrli planları pozacaq və tarixdə heç vaxt şərin əbədi hökmranlığı mövcud olmadığı kimi, bu rejim də “əbədilik sertifikatı” ala bilməyəcək.
Etdikləri bütün pisliklər, dövlətə və xalqa qənim kəsilmə siyasəti öz başlarında çatlayacaq.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button