Now Reading:
İslam Kərimovun qızı səfir vəzifəsindən imtina etdi

Özbəkistanın ilk prezidenti İslam Kərimovun kiçik qızı Lola Kərimova-Tillyayeva respublikanın YUNESKO-dakı səfiri vəzifəsindən ayrıldığını açıqlayıb.

Virtualaz.org qazeta.uz-a istinadən bildirir ki, o bu barədə “Facebook” şəbəkəsindəki səhifəsində yazıb.

On illik diplomat təcrübəsini həyatının mühüm hissəsi hesab edən Lola Kərimova-Tillyayeva ölkəsinə xidmət göstərməsindən fəxr etdiyini vurğulayıb. Onun sözlərinə görə, bundan sonra fəaliyyətini mədəniyyət, təhsil, elm və ekologiya sahəsində layihələrin həyata keçirilməsi üzrə davam etdirəcək.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.