2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“İslam NATO”sunda kvartet: Misir, Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan

Ehteşam Şahid, “Al Arabiya News”

 

Pakistanın əksər analitikləri və müşahidəçiləri üçün Səudiyyə Ərəbistanı başda olmaqla, hərbi koalisiyanın rəhbərliyinə general Rahil Şərifin təyinatı sirr kələfidir. Onlar bu qərarın elan edildiyi andan həmin məsələdə tərəqqi görə və ya bunun həqiqətən nəyə hesablandığını anlaya bilmirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Skeptisizmə baxmayaraq, general Şərif 39 milləti birləşdirən Terrorizmlə Mübarizə üzrə İslam Hərbi İttifaqına (IMAFT) rəhbərlik edir və bu Alyans ümumən düzgün istiqamətdə atılmış addım kimi dəyərləndirilir. Müşahidəçilərin rəyinə görə, Ərəb Dünyası ilə münasibətlər mürəkkəb olsa da, Pakistan hərbi səviyyədə əməkdaşlığı davam etdirməklə düz yoldadır.

Arşi Salim Pakistan aparıcı təhlükəsizlik analitikinin fikrincə, Alyansın yaradılması ölkədə çoxsaylı müzakirələr yaradıb: “Bu sistemin necə işləyəcəyi hələ də bilinmir. Generalın təyinatı da hökumət tərəfindən təsdiq edilməyib”.

Analitikin sözlərinə görə, hökumət hələlik bu təyinatı təklifi olaraq görür və bu məsələdə ölkənin maraqları nəzərə alınmaqla qərar qəbul edəcək.

İstənilən halda, hərbi mənbələrdən R.Şərifin təyin edilməsi haqqında heç bir rəsmi açıqlama yoxdur.

 

A.Salim deyir: “Hərbi məmur istefa verdikdən sonra bəzi həssas məqamlara görə hər hansı yeni mövqeyi dərhal qəbul edə bilməz. Bunun üçün müəyyən zaman keçməlidir. Çünki ordu rəisi olan şəxs ölkənin təhlükəsizliyi ilə bağlı məxfi dövlət məlumatlarının daşıyıcısıdır”.

Analitikin sözlərinə görə, generalın məsləhətçi və planlaşdırıcı və ya faktik olaraq əmrverici mövqedə olub-olmayacağı hələ aydın deyil:“Deyəsən, general aparıcı qüvvələrin məsləhətçisindən daha çox komandan olacaq”.

Kamran Boxari – “Stratfor”da Yaxın Şərq və Cənubi Asiya üzrə vitse-prezident deyir ki, Alyansın formalaşmasında bəzi əsas geosiyasi reallıqların nəzərə alındığını iddia etmək çox çətindir.

Onun sözlərinə görə, rəsmi İslamabadın bu təsisatın bir hissəsi olmaq istəyində məhdudiyyətlər var: “Ən yaxşı halda Pakistan təqaüdçü hərbçiləri təklif etməyə hazırdır. Amma general Şərif də Pakistan ordusunda çox populyar simadır. Odur ki, onun hərbi alyansa təyinatı ölkə daxilində mübahisə yaratmayacaq”.

Müdafiə analitiki Mustafa Avad deyir ki, terrorizmə qarşı ittifaq – “Ərəb NATO”sunu yaratmaq planı Ərəb Liqasının (Ərəb Birliyi) sürətli müdaxilə gücü kimi 2015-ci ildə peyda olub: “Ərəb NATO-su terror təşkilatlarına qarşı xüsusi iri hava, dəniz və quru əməliyyatları keçirmək üçün kifayət qədər ixtisaslaşmış güc olmalıdır”.

M.Avadın sözlərinə görə, R.Şərifin təyinatı Alyansın bütün üzvləri arasında rabitə formatının yaradılması üçün ilk əsas addımdır: “Hazırda Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Bəhreyn və BƏƏ-dən ibarət Fars Körfəzinin Ərəb Dövlətləri Şurası Yəməndə birlikdə “işləyirlər””.

Zahirən belə görünür ki, general Şərif gələcək əməliyyatları asanlaşdırmaq üçün bu platformada siyasi struktur qurmaq istəyir.

“General Şərifin Pakistan qüvvələrini qeyri-ənənəvi müharibəyə hazırlama təcrübəsi var. O, “Tehrik-i-Taliban”a (Pakistan “Taliban”ı) qarşı əks-partizan əməliyyatlarına rəhbərlik edib”, – Mustafa Avad deyir. Buna görə də IMAFT-in yaradımasında bu təyinat düzgün seçimdir.

Riad QəhvəciYaxın Şərq və Fars körfəzinin Hərbi Analitikası İnstitutunun (INEGMA) təsisçisi deyir ki, general Şərif seçimi sayəsində Pakistanı bu koalisiyaya daha sıx cəlb etmək mümkün olacaq: “Səudiyyə Ərəbistanı və Pakistan bir çox səviyyələrdə uzunmüddətli strateji əlaqələrə malikdir və bu koalisiya onların tərəfdaşlığının möhkəmləndirilməsində başqa bir sütun olacaq”.

Onun sözlərinə görə, Pakistan atom silahı olan yeganə müsəlman ölkəsidir. Odur ki, bu koalisiyanın qurucu rəhbərliyində onun iştirakını təmin etmək məntiqi seçimdir: “Hazırkı mərhələdə ümumi hərbi strategiya, koalisiyanın komanda heyəti və strukturunun yaradılması prosesini həyata keçirmək lazımdır”.

Lakin “daha əhəmiyyətli olan müsəlman NATO-su üçün lazım olan işçi qüvvəsi və resursların qatqısını təmin etməklə, üzv dövlətlərin maliyyə dəstəyini görməkdir”.

Ankara Böhran və Siyasi Tədqiqatlar Mərkəzinin (ANKASAM) prezidenti Mehmet Seyfəddin Erol bildirir ki, Türkiyə də Səudiyyə Ərəbistanı-Pakistan kontekstində əməkdaşlığa müsbət yanaşır: “34 ölkədən ibarət Alyansa Türkiyə də daxil ola bilər”.

Mehmet Erol iddia edir ki, qlobal və regional dəyişikliklər müsəlman ölkələrini ümumi təhdidlərə qarşı əməkdaşlıq etməyə vadar edir: “Misirin də fəal iştirakı ilə birlikdə Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan kvartetinin rəhbərliyi ilə koalisiyaya regional və qlobal sabitlik, sülh və təhlükəsizlik baxımından yaxşı fürsət kimi baxmaq lazımdır”.

Belə bir düsturun baş tuta biləcəyini hələ aydınlaşdırmaq lazımdır.

 

Tərcümə: Strateq.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button