2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İslam Oyunları zamanı region avtomobilləri Bakıya buraxılmayacaq

“Şəhəriçi salınacaq xüsusi zolaqlara çıxan avtomobillər 40 manat cərimələnəcək”

Saytların yığılması Saytlarin yigilmasi

“IV İslam Həmrəyliyi Oyunları dövründə region avtomobillərinin Bakıya daxil olmasına müəyyən məhdudiyyətlər qoyulacaq”, – Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev belə deyib.
Məlumatı APA yayıb.

Kamran Əliyev zolaqlardan kənarda, şəhərin mərkəzi hissələrində nəqliyyat vasitələrinin hərəkətinə hər hansı məhdudiyyətin nəzərdə tutulmadığını bildirib:

“Qadağan olunmuş zolağa daxil olmaya görə 40 manat məbləğində cərimə nəzərdə tutulub”.

IV İslam Oyunlarında Bakıda hərəkət zolaqları tətbiq ediləcək küçə və prospektlərin siyahısı da açıqlanıb. Bunlar Ziya Bünyadov prospekti, Bakı dairəvi yolu, Səlyan şosesi, Bibiheybət yolu 1, Bibiheyət yolu 2, Neftçilər prospekti, Qara Qarayev prospekti (bütün yol), Atatürk prospekti, Fətəli xan Xoyski küçəsi, Vaqif prospekti, Hənifə Ələsgərov küçəsi, Tbilisi prospekti, Abdulvahab Salamzadə küçəsi və Böyükşor şosesində ayrılacaq hərəkət zolaqlarında nəqliyyatla İslam Oyunlarında iştirak edəcək idmançılar və qonaqlar daşınacaq:

“Zolaqlara IV İslam Həmrəyliyi Oyunlarına cəlb olunmuş avtomobillər xaricində digər nəqliyyat vasitələrinin girişi qadağan olacaq. Bu zolaqlara 24 saat nəzarət ediləcək. Sürücülər Mayın 1-dən 25-nə kimi zolaqlara çıxmasınlar” – deyə, Kamran Əliyev bildirib.

IV İslam Həmrəyliyi Oyunları 2017-ci il mayın 12-22-si tarixlərində Bakıda keçiriləcək. İdman oyunlarında 21 idman növü üzrə 57 dövlətin 6 000-ə yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button