2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İslam oyunlarına gələnlərə yalnız ''halal'' markalı qidalar veriləcək

”İdmançıların pəhriz tələblərini qarşılayacağıq”

Saytların yığılması Saytlarin yigilmasi

“İslam oyunlarına gələnlərə “halal” markalı qidalar verilir”, – “Bakı 2017” Oyunlarının mətbuat xidmətindən modern.az-a belə deyilib. 

Bildirilib ki, gələnlərin İslam ölkələrindən olduğu nəzərə alınıb, yarış iştirakçıları “Halal” sertifikatı almış ərzaqla təmin olunacaqlar: 

“Buraya “Halal” sertifikatı olan bütün məhsullar daxildir. Bişirilmiş və emal edilmiş ət, çiy ət, bütün pendir növləri və s. Bizim təchizat zəncirində bütün ərzaq təminatçılarının “Halal” sertifikatına malik olması, eləcə də ərzaq gigiyenası standartlarına riayət olunmasına nəzarət edilir. “Halal” olmayan tərkibdə hər hansı bir qida, belə ki, jelatin və maya kimi qeyri-halal tərkiblər çörək məhsullarına qatılmamalıdır”.

Bildirilib ki, bəzi məhsullara məhdudiyyətlər qoyulsa da, “Halal” məhsullar ümumi menyunun məzmununa təsir etməyəcək: 

“Biz bütün idmançıların pəhriz tələblərini də qarşılayacağıq”.

2017-ci il mayın 12-dən 22-nə kimi Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. 20 idman növü üzrə keçiriləcək yarışda 50-dən çox müsəlman ölkəsinin təmsil ediləcəyi gözlənilir.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button