2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

İsmayıllıda keçirilən idman yarışında biabırçılıq: İdarə müdiri İlham Əliyevin dediklərini puç etdi – Savash.org


Ölkəmizdə uzun illərdir ki, idmanın inkişafı məsələsi digər sahələrə baxanda daha aktual olan məsələlərdən birinə çevrilib. Bu sahəyə hər il milyonlarla vəsait ayrılır, eləcə də regionlarda gənclərin idmanla məşğul olması üçün xeyli sayda idman zalları inşa edilib, gənclərin istifadəsinə verilir. İsmayıllı rayonu da öz idmanı, idmançıları ilə həmişə fərqlənmiş, nəinki respublika hətta beynalxalq idman yarışlarında qızıl, gümüş və bürünc medallarla vətənə dönmüşlər. Bəs necə oldu ki, hazırda bu proses ləngiyib və formal xarakter daşıyır?İdmanın inkişafına birbaşa rəhbərlik etməli olan rayon gənclər və idman idarəsi niyə bu prosesə ögey münasibət bəsləyir?
Bir neçə gün öncə aprel ayının 20-sindən İsmayıllı rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə rayonda futbol yarışına start verilib. Rayonun bir çox kəndlərindən futbol komandaları birincilik uğrunda mübarizə aparırlar. Bu proses öz-özlüyündə çox bəyəniləsi və sağlamlıq aksiyası kimi qeyd edilə bilər. Çünki idman sağlamlıqdır. Sağlam bədəndə sağlam ruh olar deyiblər. Gəncliyi sağlam olan dövlətin güclü ordusu olar. Ancaq eşitdiklərimiz bizi bu prosesə münasibət bildirməyə vadar etdi. Belə ki, cumhuriyyet.az-a daxilo olan məlumata görə futbol yarışına qatılan bütün komandalar rayon idman və gənclər idarəsinə 50 azn pul ödəyiblər. Bu vəsait sonda 1-ci, 2-ci və 3-cü yeri qazanmış komandalara hədiyyələr şəklində veriləcək. Çox absurd və gülüncdür. Prezident İlham Əliyev başda olmaqka hər gün ölkədə idmanın inkişafından danışılır. Budurmu idmanın inkişafı? Deməli futbol yarışına çıxan komanda üzvüləri bəri başdan 50 azn pul ödəməlidir, üstəgəl ayrı-ayrı kəndlərə getmək üçün yol xərclərini də öz şəxsi imkanları hesabına ödəməlidirlər, yemək xərclərini də öz hesablarına ödəməlidirlər. Sonda qazanan tərəflərə öz pulu hesabına hədiyyə alınıb verilir və hələ bir minnət də qoyulur və təntənəli şəkildə yarış sona çatır, adını da qoyurlar ki, filan rayonda gənclər və idman idarəsi idman tədbirini keçirdi və cənab İlham Əliyevin ölkədə idmanın inkişafı prosesinə öz dəstəyini ifadə etmiş oldu. Ura-ura yaşasın idarə müdiri. İdarə müdiri də özünü şişirdib rayon rəhbərliyinə təqdim edir ki, görürsünüz mən işləyirəm. Əhsən, heç olmaz belə işləməkdən. Rayonlarda eləcə də İsmayıllıda keçirilən bu kimi tədbirlərin sənədləşməsinin necə aparıldığı göz qabağındadır. Bunlar sənədlərdə yarışın bütün xərclərinin idarə tərəfindən ödənildiyini yazırlar və alınan maliyyə vəsaiti mənimsənilir. Hər kəsə məlumdur ki, respublika ərazisində keçirilən idman tədbirlərinə ezam olunan idmançıların ezamiyyə xərcləri tam şəkildə ödənilmir, burada ciddi yoxlamalar aparılsa dövlətin ayırdığı vəsaitlərin necə mənimsənildiyi üzə çıxar. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, İsmayıllıda keçirilən futbol yarışı çox böyük çatışmamazlıqlarla və qanuna-zidd hərəkətlərlə müşayiət olunmaqda davam edir. Belə ki, yarışa idmandan anlayışı olmayan şəxslər hakimlik edir. Yarışın gedişinə nəzarəti həyata keçirən rayon gənclər və idman idarəsinin müdiri Taleh Salehov ümumiyyətlə ortalıqda görünmür. Bu prosesə onun müavini rəhbərlik edir. Futbolçular qeyd edir ki, bu adamın, ümumiyyətlə, idmandan anlayışı yoxdur. Futbol yarışını izləyən şəxlər bildirir ki, yarışa həkim gətirilmir. Dəfələrlə bunun acı sonluqla yekunlaşa biləcəyini İdman idarəsindən göndərilmiş nümayəndəyə bildirmişik, əksinə onlar deyir ki, yarışda həkim nəyə lazımdır? Görürsünüzmü idarə rəsmisi hər bir yarışda həkimin, polisin olmasının mütləq olduğunu bilmir. Bu onların idmandan anlayışı yoxdur deyiminin doğru olduğunun təsdiqi deyilmi? Necə yəni həkim lazım deyil? Dünyada idman yarışlarında meydanlarda azmı idmançılar xəsarət alır, hətta dünyasını dəyişənlər də olur. Yəni bunumu istəyirlər ki, günlərin birində meydanda faciə baş versin, ondan sonra bu prosedurlara əməl olunsun?Axı əvvəlki illərdə idman və gənclər idarəsinin müdirləri bütün tədbirlərdə iştirak edib, prosesin dinc, insidentsiz ötüşməsini təmin edirdi. Keçmiş müdir Rüstəm Səmədov, Elçin Nəcəfli bütün tədbirlərdə iştirak edirdi və həkimin, polisin iştirakını təmin edirdilər.Hətta bir dəfə Hacıhətəmli kəndində keçirilən yarışa həkim gəlmədiyinə görə o vaxt müdir işləyən Rüstəm Səmədov yarışı 1 saata yaxın yubatdı. Bu işə etiraz edənlər olsa da müdir onlara izah etdi ki, bu qanuna ziddir, təlimatdan kənara çıxa bilmərəm, həkim gəldikdən sonra tədbir davam etdirildi. Bəs hazırda müdir işləyən Taleh Salehov nədən bu prosedurlara əməl etmir?Niyə tədbirlərdə iştirak edib nəzarət etmir?Niyə yarışda həkimin iştirakını təmin etmir?Niyə komandalardan əvvəlcədən pul yığılır?Hörmətli Taleh müəllim açıqlama verə bilərmi ki, tədbirləri necə sənədləşdirir?İzah etmək istəməsə biz zəhmət çəkib gənclər və idman nazirliyidən öyrənə bilərik. Dünən Hacıhətəmli kəndində Qurbanəfəndi və Hacıhətəmli kəndinin futbol komandaları qarşılaşıblar. Yarışda həkim olmayıb. Yarışda idarə müdiri də olmayıb. Yarış iştirakçıları hakimin düzgün qərar verə bilməməsi üzündən etiraz ediblər və komandalar arasında dava-dalaş olub. İnsidentin qarşısını orada olan polis işçiləri qətiyyətlə alıblar və rayon polis şöbəsindən əraziyə əlavə qüvvə göndərilib. Futbol qarşılaşması baş tutmayıb. Ən gülməlisi isə bilirsiniz nə olub?Yarışın ilk dəqiqələrində top cırılıb yararsız hala düşüb. Futbolçular top olmadığına görə bir saata yaxın gözləməli olublar. Sonradan Hacıhətəmli məktəbindən idman müəllimi tərəfindən top veriləndən sonra oyuna davam ediblər. Baxın biabırçılıq deyilmi? Rayon gənclər və idman idarəsinin ehtiyat topu yoxdur. Bu olduqca gülünc haldır. Sosial şəbəkələrdə İsmayıllının idman idarəsinin uğurlarından bəhs olunur. Bu necə uğurdur ki, idarənin ehtiyat topu yoxdur?
Futbolçular onlara qarşı sərgilənən bu hörmətsizliyə qarşı öz etirazlarını bildirməlidirlər. Məsələn tədbiri boykot edirik formasında. Məsələn biz gənclər olaraq rayon gənclər və idman idarəsinin fəaliyyətini qənaətbəxş hesab etmədiyimiz üçün onlarla istənilən tədbirdə, istənilən əməkdaşlığı boykot edirik. Rayon təhsil şöbəsindəki mənbəmiz qeyd edir ki, hər il təhsil şöbəsinin nəzdində olan uşaq idman gənclər məktəbi və rayon gənclər və idman idarəsi idmana ayrılmış xeyli vəsaiti mənimsəyirlər. Rayonda keçirilən idman tədbirləri süni olaraq şişirdilir, ezamiyyə xərcləri verilmir, yaxud idmançıların sayında saxtakarlıq edilir. Bu məsələdə başqa tərəflər də yararlandığı üçün bu prosesi durdurmaq müşkülə çevrilib. Təhsil şöbəsindəki mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, keçmiş müdir Elçin Nəcəflinin də torbasını buna görə tikdilər və vəzifəsindən uzaqlaşdırdılar. Hazırda əvvəlki illərdən daha çox qanunsuzluqlar davam edir. Rayonda idmanın inkişafında yeganə uğurlu işi rayon idman olimpiya mərkəzi həyata keçirir. Hazırda oranın müdiri Tofiq Hümbətova və müavin Anar Həsənova torba tikmək istəyirlər. Bu minvalla rayon gənclər və idman idarəsini ələ keçirdikləri kimi idman olimpiya mərkəzini də ələ keçirtmək istəyirlər. Mənbəmiz qeyd edir ki, maraqlı qüvvələr ayrı-ayrı şəxslərə pul verib idman olimpiya mərkəzi haqqında saytlarda, qəzetlərdə yazdırırlar ki, güya burada priton var. Biz nəinki İsmayıllıda, bütün Azərbaycanda idmanın yalnız reklamdan ibarət olduğunu bilirik. Bu məmləkətdə din də, idman da, xeyriyyəçilik də, bir sözlə, hər şey siyasət naminə edilir. Yalnız Əliyevlər rejiminin siyasi təbliğatı üçün aparılan bu proseslər də ona görə tez iflasa uğrayır.
Yazıda adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Saytların yığılması Saytlarin yigilmasi





Savash.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button