ÖLKƏ

İsmayıllıda Ümummilli Liderin doğum günü qeyd olundu – FOTO


Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü respublikada olduğu kimi İsmayıllı rayonunda da qeyd olunub.

 

Sfera.az bildirir ki, Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və hüquq-mühafizə orqanının rəhbərləri  ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla yad ediblər.

Gün ərzində Ulu öndərin əziz xatirəsi idarə və təşkilatlar tərəfindən yad olunub.

Ziyarətçilər Heydər Əliyev Mərkəzində Ulu öndərə həsr olunmuş sərgiyə baxış keçirib, həyat və fəaliyyəti ilə bir daha yaxından tanış olublar.  

Tədbirlər çərçivəsində ağacəkmə aksiyası keçirilib. İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq  rayonun Heydər Əliyev parkında və Qurbanəfəndi kəndinin meşə zolağında 1000 ağac əkilib, aqro-texniki qulluq göstərilib.

Məktəblillər arasında Ulu öndərə həsr olunmuş  şeir, mahnı, rəsm və.s müsabiqələri təşkil olunub. Müsabiqələrdə fərqlənən şagirdlərə diplom və hədiyyələr verilib.

 

İsmayıllı Regional Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə silsilə təbirlər çərçivəsində ümummilli liderin anadan olmasına həsr olunmuş flaşmob keçirilib.

 

Bütün keçirilən tədbirlər mövcud pandemiya qaydalarına uyğun olaraq təşkil olunub.




24 saat

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button