2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
DünyaSosial

İspaniya hökuməti ölən şəxsləri islam qaydaları ilə dəfn etməyi qadağan etdi

İspaniyadakı İslam cəmiyyəti birliyi ölənləri tabutsuz dəfn etməyi qadağan edən qanuna qarşı çıxıb.

Musavat.com xəbər verir ki, cəmiyyətin fikrincə, hökümətin bu qərarı İslam normalarına ziddir.

Birliyin rəhbəri Riay Tatari məsələ ilə bağlı bunları deyib: “Səhiyyə nazirliyi bizə mərhumun sanitar normalarına görə, tabutsuz basdırmağı qadağan edir. Lakin əsl həqiqətdə tabutda basdırılan ölü ətraf mühitə daha çox ziyan vurur”.

Saytların yığılması Saytlarin yigilmasi

İspaniyada hazırda 27 müsəlman qəbirstanlığı var. Onlardan 19-u xristiyan qəbiristanlığına aid hissədə yerləşir. Tatari onu da qeyd edib ki, qadağadan sonra dəfnə sərf olunan məbləğ xeyli artıb. Buna görə də bir çox müsəlmanlar öz ölülərini dəfn etmək üçün gəldikləri ölkələrə-Mərakeş və ya Əlcəzayirə göndərirlər. İspaniyada hazırda iki milyondan çox müsəlman yaşayır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button