Bizim tərcüməDünya

İspaniyada 4-cü bomba paketi tapıldı!

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

Bomba paketləri Ukraynaya bağışlanan raket buraxılış qurğuları istehsal edən İspaniyanın silah şirkəti Instalaza və Madriddəki Torrejon de Ardoz aviabazasında tapılıb.

Son açıqlamada İspaniya Müdafiə Nazirliyində 4-cü bomba paketinin tapıldığı bildirilib.

Saytların yığılması Saytlarin yigilmasi

İspaniya polisi bomba paketlərinin dünən Madriddəki Ukrayna səfirliyində partlayan paketə bənzəyib-oxşamadığını və üç insidentin əlaqəli olub olmadığını araşdırır.

Qeyd edək ki, dünən Ukraynanın Madriddəki səfirliyinə gələn zərfin açılması zamanı baş verən partlayışda bir nəfərin yaralandığı bildirilib. İspaniyanın rəsmi xəbər agentliyi EFE-nin polis mənbələrinə əsaslanaraq verdiyi xəbərə görə, yerli vaxtla saat 13.00 radələrində (TSİ 15.00) Ukraynanın Madriddəki səfirliyinin bağçasında partlayış baş verdiyi bildirilib.

Xəbərdə partlayışın səfirliyə çatdırılan zərfin açıldığı zaman baş verdiyi, bir məmurun yüngül xəsarət aldığı qeyd edilib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button