Bizim tərcüməDünya

İspaniyada kilsəyə pala ilə hücum: Kahin ölüb, 4 nəfər yaralanıb

İspaniyanın cənubundakı Cadiz bölgəsinin Algeciras rayonunda bir şəxs iki kilsəyə pala ilə hücum edərək 1 keşişi öldürüb, 4 nəfəri yaralayıb.

İspan mətbuatında verilən məlumata görə, Algecirasda iki kilsəyə saat 19.30 (21.30) sularında basqın edən şəxsin pala ilə bir keşişi öldürdüyü, ən azı 4 nəfəri yaraladığı qeyd edilib.

Bildirilib ki, Algecirasın mərkəzindəki ən böyük kilsə olan Nuestra Senora de la Palmanın keşişi Dieqo Valensiya hücumdan dərhal sonra dünyasını dəyişib.

Bildirilib ki, San İsidro məhəlləsində pala ilə gəzərək başqa kilsəyə hücum edən şəxs keşişi və daha 3 nəfəri pala ilə yaralayıb.

Yaralıların həyati təhlükəsinin olmadığı paylaşılıb.

İspaniyanın dövlət televiziyası RTVE hücumçunun 25 yaşlı Mərakeş əsilli kişi olduğunu və mühafizəçilər tərəfindən tutulduğunu açıqlayıb.

Şahidlərin dediyinə görə, hücum edən şəxs mübahisədən sonra keşişi pala ilə öldürüb.

Bildirilib ki, hadisə ilə bağlı araşdırmaya başlayan prokurorluq terror aktı ehtimalını diqqət mərkəzində saxlayıb. (AA)

Tərcümə“24 SAAT”

Gözdən qaçırmayın:  "Avropa ilə yenidən əlaqə" Böyük Britaniyanın Əmək Partiyası xarici siyasət prioritetlərini müəyyən edir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button