2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

İsrail ABŞ-ın Yerusəlimdə ‘Fələstin konsulluğunu’ yenidən açmasına qarşıdır

İsrail sentyabrın 1-də bildirib ki, ABŞ-ın Yerusəlim şəhərində özünün Fələstin işləri üzrə konsulluğunu yenidən açmaq planı “yaxşı fikir deyil”.

Yerusəlim şəhəri İsrail və fələstinlilər arasında daim qarşıdurmalara səbəb olub. Həm Fələstin ərəbləri, həm də yəhudilər bu şəhəri öz dövlətlərinin paytaxtı hesab edirlər.

Reuters agentliyinin xəbərinə görə yeni baş nazir Naftali Bennetin hökuməti bildirib ki, şəhərdə ABŞ konsulluğunun təkrar açılması vəziyyəti sabitsizləşdirə bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Keçmiş ABŞ prezidneti Donald Trampın administrasiyası İsrailin Yerusəlimə olan iddiasını dəstəklədiyini nümayiş etdirmək üçün Birləşmiş Ştatların Tel Əvivdəki səfirliyini bu şəhərə köçürmək və səfirliyin nəzdində konsulluq açmaq barədə qərar vermişdi.

Bu Şərqi Yerusəlimi öz gələcək dövlətlərinin paytaxtı hesab edən fələstinlilərin hiddətinə səbəb olmuşdu.

İki dövlət, bir paytaxt?

ABŞ prezidenti Co Bayden fələstinlilərlə bağları bərpa edəcəyini, iki dövlət düsturunu dəstəkləyəcəyini və Fələstin işlərinə baxan konsulluğu da təkrar açaçağını bildirmişdi.

Konsulluq 2019-cu ildən bağlıdır və Fələstin məsələləri ilə də ABŞ səfirliyi məşğul olur.

İsrailin xarici işlər naziri Yair Lapid sentyabrın 1-də keçirilən mətbuat konfransında deyib:

“Düşünürük ki, bu çox pis ideyadır. Yerusəlim İsrailin və yalnız İsrailin suveren paytaxtıdır və buna görə də düşünürük ki, bu çox da yaxşı fikir deyil. Biz bilirik ki, Bayden administrasiyası bu məsələyə fərqli yanaşır, lakin bütün bunlar İsraildə baş verdiyindən ümid edirik ki, onlar bizə diqqətlə qulaq asacaqlar”.

Bu bəyanatla bağlı Fələstin Azadlıq Təşkilatının rəsmisi Vasel Əbu Yusef şərh verib və deyib ki, İsrail status quo-nu saxlamaq və problemin siyasi həlli yollarını bloklamaq istəyir.

ABŞ səfirliyi hələki bu barədə heç bir şərh verməyib.

İsrail bütün Yerusəlimi özünün paytaxtı hesab etsə də, beynəlxalq aləm bunu qəbul etmir.

İsrail Yerusəlimin şərq hissəsini 1967-ci il müharibəsi zamanı Qərb sahili və Qəzza ilə yanaşı zəbt edib.

Ağlabatan deyil

Millətçi olan Bennett Fələstin dövlətinin qurulmasına qarşıdır. Konsulluğun təkrar açılması Bennetin hökumətində böhran yarada bilər.

Lapid bu barədə hələ iyun ayında demişdi:

“Bizim çox maraqlı, amma eyni zamanda həssas hökumət strukturumuz var və biz düşünürük ki, konsulluq məsələsi hökumətin sabitliyini poza bilər. Biz düşünmürük ki, Amerika administrasiyası bunu istəyir”.

Lapid bunu da bildirib ki, fələstinlilərin öz aralarındakı ixtilaf diplomatiya perspektivinə şübhə yaradır:

“Mən iki dövlət formulunun qəti tərəfdarıyam…amma etiraf etməliyik ki, bu, hazırkı situasiyada ağlabatan deyil”.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button