2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SiyasətXəbərlər

İsrail hakimiyyəti: İran Kiprdə israillilərin qətlini planlaşdırıb

Bakı/04.10.21 İsrail hakimiyyəti bu ölkənin Kiprdəki bir qrup vətəndaşına qarşı terror cəhdinin olduğunu bildirib. Terror aktı İran tərəfindən təşkil olunub, bu barədə oktyabrın 4-də İsrail baş nazirinin mətbuat katibi Matan Sidi məlumat verib.

Oktyabrın 3-də Kipr kütləvi informasiya vasitələri bildiriblər ki, milyarder Teddi Saqi də daxil olmaqla, İsrail biznesmenlərindən ibarət bir qrupu güllələməli olan şəxs həbs edilib.

Potensial qatil 38 yaşlı Azərbaycan vətəndaşıdır. Rusiya vətəndaşının pasportu ilə Kiprə daxil olub. Şübhəli şəxsdə səsboğuculu tapança aşkar edilib.

Saytların yığılması Saytlarin yigilmasi

“Kiprdə baş vermiş insidentlə əlaqədar təhlükəsizlik xidmətləri adından lazım bilirəm ki, söhbətin İran tərəfindən planlaşdırılmış və Kiprdə yaşayan israilli biznesmenlərə qarşı yönəlmiş terror aktından getdiyi araşdırılsın “,- kütləvi informasiya vasitələri baş nazirin mətbuat katibindən sitat gətirib.

Həbs edilən şəxsin adı açıqlanmır. Onun İranla hansı şəkilidə bağlı olduğu da açıqlanmır. –02D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button