2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

İsrail İranı bombaladı – VİDEO

“24 saat” xəbər verir ki, İsrail pilotsuz təyyarələri İrandakı bir çox hərbi obyekti vurub

İran Müdafiə Nazirliyinə məxsus İsfahan sursat istehsal mərkəzi (aşağıdakı şəkillər) daxil olmaqla üç güclü partlayış baş verib.

İsrail mənbələri İranın 5 vilayətində: Qərbi Azərbaycan (Xoy), Şərqi Azərbaycan (Azərşəhr), Kərəc, İsfahan və Həmədanda 5 partlayışın baş verdiyini bildiriblər.

Saytların yığılması Saytlarin yigilmasi

Hərbi təyyarələrin Tehran yaxınlığında havaya qalxması ehtimalı var.

Məlumatı İran İslan respublikasının Müdafiə Nazirliyi qismən təsdiqləyib. Nazirlik rəsmi açıqlamasında dronlardan birinin hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirildiyini, digərinin isə HHM-in “tələsinə” düşərək partladığını açıqlayıb.

Qurum itkilərin olmadığı və zavoda “əhəmiyyətsiz” ziyanın dəydiyini desə də, sosial şəbəkələrdə zavodda baş verən partlayışın miqyasının böyük olduğu məlum olub.

“24 saat” xəbər verir ki, İsrail silahlı qüvvələri hazırda Suriyada İran hərbi bazalarını da bombalayır.

 

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button