2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İsrail İstanbuldakı vətəndaşlarına xəbərdarlıq edir

Hökumət iyunun 13-də bildirib ki, bu, İranın Türkiyədə istirahət edən israilliləri qətlə yetirə və ya oğurlaya biləcəyi ilə bağlı ehtiyatlanmalarla bağlıdır

Saytların yığılması Saytlarin yigilmasi

İsrail hökuməti ölkə vətəndaşları üçün İstanbula səfər təhlükəsizliyi xəbərdarlığının dərəcəsini qaldırıb.

Hökumət iyunun 13-də bildirib ki, bu, İranın Türkiyədə istirahət edən israilliləri qətlə yetirə və ya oğurlaya biləcəyi ilə bağlı ehtiyatlanmalarla bağlıdır.

İsrailin xarici işlər naziri Yair Lapid deyib ki, “son həftələrdə İsrailin təhlükəsizlik qüvvələrinin “nəhəng səyləri” nəticəsində israillililərin həyatlarını xilas etmək mümkün olub.

Nazir bu işdə dəstəyinə görə Türkiyə hökumətinə minnətdarlığını bildirib.

Lapid bundan başqa heç bir təfərrüat bildirməyib, amma İsrailin bir təhlükəsizlik rəsmisi Reuters agentliyinə deyib ki, Türkiyə İran İslam Keşikçiləri Korpusunun “əməliyyatçısı” olmaqda şübhəli sayılan bir neçə nəfəri həbs edib.

Reuters bildirir ki, bu xəbərlə bağlı hələki nə Türkiyə rəsmiləri, nə də İranın Ankaradakı səfirliyi heç bir şərh verməyiblər.

Nə təsdiq, nə təkzib

Lapid televizyaya müsahibəsində deyib:

“Bu terrorçu təhdidlər məzuniyyətdə olan israilliləri hədəfləyir. Onlar nizamsız, lakin məqsədli bir şəkildə öldürmək və ya oğurlamaq məqsədilə İsrail vətəndaşlarını hədəfləyirlər”.

Nazir öz bəyanatında iranlılara da müraciət edib:

“Mən buradan iranlılara da mesaj vermək istəyirəm. İsraillilərə ziyan vuran heç bir kəs cəzasız qalmayacaq. İsrailıin onları harada olmalarından asılı olmayaraq yaxalamaq üçün əlləri uzundur”.

Tehran öz növbəsində mayın 22-də İran İslam Keşikçiləri Korpusunun (İİKK) polkovniki Həsən Səyyad Xodayinin qətlinə görə İsraili ittiham edib.

Xodayi Tehranda öz evinin qarşısında iki naməlum motosikletçi tərəfindən güllələnib.

İsrail bu qətl üçün məsuliyyətini nə təkzib, nə də təsdiq edib.

İsrail Xodayini dünya boyunca İsrail vətəndaşlarına hücumlar hazırlamaqda ittiham edir.

Türkiyə israillilərin ən populyar istirahət məkanlarından biridir.

İki ölkə onillik fikir ixtilafından sonra hazırda aralarındakı münasibətlərin normallaşdırılmasına çalışır.

İsrailin səfər tövsiyəsi İstanbuldan tranzitlə keçən israillilərə şamil edilmir, bir şərtlə ki, onlar hava limanını tərk etməsinlər.

24 saat” “
İsrail İstanbuldakı vətəndaşlarına xəbərdarlıq edir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button