2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“İsrail kimi mühim regional oyunçu ilə əlaqələrimiz möhkəmlənəcək”

“Türkiyədə doğru işlər də olur, son 6 ildə ilk dəfə İsraillə yüksək səviyyəli danışıqlar olub. İsrailin enerji naziri Yuval Steinitz rəhbərliyi lə nümayəndə heyyəti Türkiyədə olub. Danışıq mövzularından biri gələcəkdə İsrail qazının TANAP və TAP kəmərləri vasitəsi ilə Avropaya çatdırılması olub”

24.saat.org xəbər verir ki, bunları öz  “facebook ” səhifəsində  Natiq Cəfərli yazıb.

Ekspert iqtisadi layihələri yüksək dəyərləndirib:”TANAP və TAP-ın əsas payçılarından biri olan bizim ölkəmiz üçün gələcəkdə İsrail qazının borulara qoşulması həm iqtisadi, həm də siyasi cəhətdən çox doğru, sərfəli addım olacaq. Azərbaycan həm tranzitdən dividentlər əldə edəcək, həm də İsrail kimi mühim regional oyunçu ilə əlaqələri daha da möhkəmləndirəcək.
Tək Azərbaycan qazı ilə TANAP və TAP-a qoyulan investisiyaların geri dönüşü uzun illər alacaq, amma regional ölkələrin, o cümlədən İsrailin bu layihələrə qoşulması boru kəmərlərinin rentabelliyini xeyli yüksəldə bilər.”

Saytların yığılması Saytlarin yigilmasi

 

İlqar

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button