2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İsrail Müdafiə Nazirliyindən Əsədlə bağlı yeni iddia

“Suriya ordusunun tonlarla kimyəvi silahı var”. “Reuters”in məlumatına görə, bunu İsrail Müldafiə Nazirliyinin yüksək rütbəli hərbçilərindən biri deyib. Onun sözlərinə görə, hazırda Bəşər Əsəd ordusu 3 tona yaxın kimyəvi silaha sahibdir.

Bir neçə gün əvvəl də Suriya ordusunun keçmiş generalı Zaxir əs-Sakat Əsədin yüzlərlə ton kimyəvi silah gizlətdiyini bildirmişdi. 2013-cü ildə Suriya ordusundan qaçan keçmiş generalın sözlərinə görə, Əsəd hökuməti sahib olduğu kimyəvi silahın yalnız bir hissəsindən imtinaya razılıq verib.

Saytların yığılması Saytlarin yigilmasi

Keçmiş general Əsəd rejiminin böyük zarin qazı ehtiyatına və qazın əldə edilməsi üçün lazım olan maddələrə sahib olduğunu da demişdi. Bəşər Əsəd isə iddia edir ki, kimyəvi silahı yoxdur və hətta olsaydı belə, onu ölkəsinə qarşı tətbiq etməzdi.

Gültəkin

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button