2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İsrail Qarabağın bərpasında iştirak mümkünlüyünü qiymətləndirir

Bakı/29.07.21 İsrail-Azərbaycan münasibətləri strateji xarakter daşıyır və qarşılıqlı etimad və hörmət üzərində qurulub. İsrail KİV-lərinin məlumatına görə, bu barədə Tel-Əvivdə Azərbaycanın turizm nümayəndəliyinin açılış mərasimində İsrailin turizm naziri, Azərbaycan-İsrail hökumətlərarası komissiyasının həmsədri Yoel Razvozov bildirib.

Onun sözlərinə görə, İsraildə Azərbaycanın Ticarət və Turizm Nümayəndəliyinin açılması “iki ölkə arasındakı münasibətlərdə tarixi dönüş nöqtəsidir”.

Nümayəndəliklər İsrailin yüksək texnologiyalar, energetika, su təchizatı, kənd təsərrüfatı, tibb, təhsil və investisiyalar sahəsində birgə biznes layihələri həyata keçirmək istəyən iş adamları üçün yeni platformaya çevriləcək.

Saytların yığılması Saytlarin yigilmasi

“Ölkəmizdə daim yəhudi icmasına böyük hörmət və müsbət münasibət mövcud olmuş, icma Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynamışdır. İsrail Azərbaycanın müstəqilliyini tanıyan və diplomatik əlaqələr yaradan ilk dövlətlərdəndir”, deyə öz növbəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin xarici işlər naziri Yair Lapidlə görüşdə bildirib.

Azərbaycanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, Cabbarov qeyd edib ki, Tel-Əviv 44 günlük Vətən Müharibəsi zamanı və ondan sonra Bakını daim dəstəkləyib.

Cabbarov İsrailə səfəri çərçivəsində həmçinin İsrailin inşaat və mənzil siyasəti naziri Zeev Elkinlə də görüşüb.

Görüşdə ikitərəfli iqtisadi münasibətlərimizin gücləndirilməsi perspektivləri və yeni əməkdaşlıq imkanları, investisiyaların təşviqi, qeyri-neft sektorunda qarşılıqlı təcrübə mübadiləsi, həmçinin işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesi barədə müzakirələr aparılıb. -06D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button