2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İsrail təyyarələri Dəməşq hava limanını vurdu

Suriyanın paytaxtı Dəməşqin hava limanında şiddətli partlayış meydana gəlib. İsrailə aid döyüş təyyarələrinin Beynəlxalq hava limanının yanında yerləşən silah-sursat anbarını vurduğu xəbər verilir.
İngiltərədə yerləşən Suriya Müşahidə Təşkilatının nümayəndələri partlayışın sübh tezdən baş verdiyini, qüvvətli gurultunun şəhərin böyük bir hissəsindən eşidildiyini bildirib. Partlayışın ardından da yanğın meydana gəldiyi deyilir.

Norveç televiziya kanalı NRK də Dəməşq Beynəlxalq Hava limanının yaxınlığındakı silah anbarının vurulduğunu təsdiqləyib. Xəbərə görə hava hücumunun məqsədi İranın Suriyaya silah və sursat axınının qarşısını almaqdır.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button