2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

İsrail vətəndaşları polisdən şikayətlənir

Mehriban Ələkbərova üzləşdikləri qəzanın araşdırılmadığını iddia edir
Yol-nəqliyyat hadisəsi nəticəsində övadları ağır bədən xəsarətləri alan İsrail vətəndaşı Əkbərova Mehriban Mehman qızı hadisəni törədən şəxsdən və işi araşdıran polisdən şikayətçidir.
O bildirir ki, 15 aprel 2017-ci il tarixində onun iki övladını Sabunçu rayonu Bakıxanov qəsəbəsi “Aygün City” ticarət və əyləncə mərkəzinin qarşında yoldan keçərkən avtomobil vurub.
Hadisə 90 FT 121 dövlət nömrə nişanlı “BMW” markalı avtomobillə törədilib. Sürücü İsmayılov Tehran İsrafil oğlu zərərçəkənləri, İsrail vətəndaşları 2003-cü il təvəllüdlü Məmmədov Ronen İlham oğlunu və 2010-cu il təvəllüdlü Məmmədov Səlim İlham oğlunu xəstəxanaya aparıb.
«Modern» Hopsitalın ambulator və stasionar xəstənin tibbi kartasından çıxarışında Səlim Məmmədova “döş qəfəsində və qarın boşluğunun ön divarında yumşaq toxuma əziləməsi” tam diaqnozu, Ronen Məmmədova isə “döş qəfəsində, çanaq və qarın boşluğunun ön divarında yumşaq toxum əzilməsi” tam diaqnozu qoyulub.
M.Əkbərova işi araşdırmadığı üçün Sabunçu rayon Polis İdarəsinin təhqiqatçısı Fikrət Məmmədovdan şikayətçidir: “Təhqiqatçı mənim zərərçəkən olaraq ifadəmi və şikayətimi qəbul etməyib. Hadisədə təqsirli bilən Tehran İsmayılov övladlarımın müalicəsinə kömək etməyib. Zənglərimə cavab vermir. Övladlarımın sağlamlığına təhlükə hələ də var. Müalicəsinə isə maddi imkanım çatmır. Tehran isə kömək etmək istəmir”.
Şikayətçinin iddiası ilə bağlı Sabunçu rayon Polis İdarəsinin təhqiqatçısı Fikrət Məmmədov bildirdi ki, zərərçəkənin və hadisədə təqsirli bilinən şəxsin ifadəsi alınıb: “Şikayətçinin ərizəsi alınıb, Tehran İsmayılov ifadəsində hadisəni törətdiyini, zərərçəkən uşaqları xəstəxanaya apardığını bildirib. Ekspertizanın rəyi çıxandan sonra araşdırma buna uyğun olaraq aparılacaq”.
M.Əkbərova müvafiq dövlət qurumlarına və İsrailin Azərbaycandakı səfirliyinə müraciət edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button