Loading...
Loading...
Cəmiyyət

İsraildə 1 milyondan çox adama üçüncü doza vurulub

İsraildə yaşı 40 -dan yuxarı olan sakinlərə və təhsil işçisinə koronavirusa qarşı peyvəndin üçüncü dozası vurulur.

Ölkənin Səhiyyə Nazirliyi üçüncü dozaya ehtiyac olduğunu bəyan edib.

Mütəxəssislər hesab edirlər ki, üçüncü doza bu virusun çox sürətlə yoluxan “delta” variantına qarşı immun sistemini daha da gücləndirəcək.

Onların sözlərinə görə, koronavirusun üçüncü dozası yalnız yaşı 40-dan yuxarı olan insanlar üçün deyil, həm də xroniki xəstəlikləri olan, xüsusən ürək, ağciyər və ya diabet problemi olanlar üçün də lazımdır.

Qeyd edək ki, İsraildə yeniyetmələrədə koronavirusa qarşı peyvənd vurulub.

Məlumata görə 9,3 milyon əhalisi olan bu ölkədə artıq 1 milyondan çox adam 3-cü doza peyvənd vurulub və mütəxəssislərin dediyinə görə, bu koronavirusa qarşı müdafiəni 86 faizədək artırır.

Xatırlatma

Koronavirusun Covid-19 növü, dünyada ilk dəfə 2019-cu ilin sonlarında Çində peyda olub.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı buna görə beynəlxalq pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.4 milyon nəfərin vəfat etdiyi bildirilir.

Azərbaycanda isə ümumilikdə 380 min 918 nəfərin koronavirusa yoluxması faktı müəyyən edilib, onlardan 5 min 231-nin vəfat etdiyi bildirilib.

Mənbə
“24 saat”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button