Dünən Qüdsün Neve Yaakov rayonunda bir təcavüzkarın sinaqoqdan çıxan insanlara atəş açdığı, daha sonra polisin hücumçunu zərərsizləşdirdiyi açıqlanıb. Hadisə nəticəsində 7 nəfərin öldüyü, 3 nəfərin yaralandığı bildirilib. Polis hücum edənin Qüdsdə yaşayan 21 yaşlı kişi olduğunu, avtomobillə hadisə yerinə gələrək şənbə günü üçün dua edənlərin sinaqoqdan çıxmasını gözlədiyini, daha sonra gedənlərə atəş açdığını bildirib.
Hadisə yerinə gələn və səlahiyyətlilərdən məlumat alan İsrailin baş naziri Benyamin Netanyahu hadisəni son illərin ən dəhşətli hücumu kimi qiymətləndirərək, “Qətiyyətli və sakit hərəkət etməliyik, insanları ədaləti öz əlləri ilə tətbiq etməməyə dəvət edirəm. .”
Ağ Evdən verilən açıqlamada ABŞ prezidenti Co Baydenin hücumla bağlı Netanyahuya telefonla zəng etdiyi bildirilib. “Prezident aydın şəkildə bildirdi ki, bu, sivil dünyaya hücumdur. O, yaxın günlərdə İsrail hökumətinə və xalqına uyğun olan hər cür dəstəyi təklif etdi. Prezident ABŞ-ın İsrailin təhlükəsizliyinə sadiqliyini vurğuladı və komandasının israilli həmkarları ilə daim əlaqə saxlayacağını bildirdi.
Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antonio Quterreşin bəyanatında deyilir: “Baş katib bu gün Qüdsdəki sinaqoq qarşısında fələstinli bir cinayətkar tərəfindən törədilən və azı 7 israillinin həyatına son qoyan və bir neçə nəfərin yaralanmasına səbəb olan terror aktını qətiyyətlə pisləyir” .
Mənbə: DHA
Tərcümə“24 SAAT”
You must log in to post a comment.