2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

İsraildə hökumətin təklif etdiyi layihə kütləvi etirazlara səbəb olub

Yayımlandı: 27 Mart 2023 11:54

Son dəyişiklik: 27 Mart 2023 12:57

Polislə etirazçılar arasında toqquşma baş verib

Saytların yığılması Saytlarin yigilmasi

İsraildə yarım milyondan çox insanın qatıldığı etiraz aksiyaları keçirilir.

Bunun ölkə tarixinin ən böyük etiraz aksiyası olduğu bildirilir.

Səbəb Baş nazir Benyamin Netanyahu hökumətinin təklif etdiyi məhkəmə islahatları layihəsidir.

Layihənin bu həftə Parlamentdə müzakirəsi gözlənilir.

Layihə keçərsə, Parlament Ali Məhkəmənin hakimlərinin seçimini müəyyən edə biləcək.

Eyni zamanda, məhkəmə hökumətin qərarlarını ləğv etmək imkanını itirəcək.

Etiraz edənlər düşünür ki, belə islahatın həyata keçirilməsi məhkəmə müstəqilliyinin itirilməsi deməkdir və onlar bunu istəmirlər.

Baş nazir isə hesab edir ki, etirazçıların yeganə məqsədi onu hakimiyyətdən kənarlaşdırmaqdır.

Etirazların böyüklüyünü nəzərə alan İsrailin müdafiə naziri Yoav Qalant islahat prosesini dayandırmağı təklif edib.

O bildirib ki, hazırki durum ölkənin təhlükəsizliyinə təhdiddir.

Bundan sonra Baş nazir Benyamin Netanyahu onu vəzifəsindən kənarlaşdırıb.

Netanyahunun ofisi martın 26-da qısa açıqlama ilə Qalantın vəzifədən kənarlaşdırıldığını bildirib.

Biz imtinaya qarşı güclü olmalıyıq”, – Netanyahu “Twitter”də yazıb.

Etirazların növbəti dalğası isə bundan sonra başlayıb.

Etiraz edənlər bildiriblər ki, müdafiə nazirinin anidən vəzifəsindən kənarlaşdırılması Parlamentin bu həftə qanun layihəsini tələsik qəbul edəcəyindən xəbər verir.

Onlar Təl-Əvivdə əsas magistral yolu bağlayıb, ərazidə böyük tonqallar qalayıblar.

Etirazçılar Netanyahunun Yerusəlimdəki şəxsi evinin qarşısına toplaşıb və polislə aralarında toqquşma baş verib.

Mədəniyyət naziri, Netanyahunun müttəfiqi Miki Zohar isə martın 26-da deyib ki, Baş nazir məhkəmə islahatlarının dayandırılmasına qərar versə, onu dəstəkləyəcəklər.

İsrail mediası Netanyahu koalisiyasının martın 27-də səhər yığışacağını yazıb.

Eyni zamanda, bu gün Yerusəlimdə Knesset (parlament) qarşısında daha bir kütləvi nümayiş gözlənir.

Ağ Ev sözçüsü bildirib ki, Birləşmiş Ştatlar İsraildə baş verən hadisələrdən dərin narahatdır və oradakı liderləri mümkün qədər tez kompromis tapmağa çağırır.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button