2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

İsrailin baş naziri: ‘İran bütün qırmızı xətləri keçib’

BMT Baş Assambleyasında ilk çıxışında İsrailin baş naziri Naftali Bennet deyib ki, İran özünün nüvə proqramında bütün “qırmızı xətləri” keçib.

Bennet bəyan edib ki, İsrail Tehranın nüvə silahı əldə etməsinə “imkan verməyəcək”.

Sentyabrın 27-də BMT-nin Nyu Yorkdakı qərargahında çıxış edən İsrail baş naziri onilliklərdir davam edən Fələstin münaqişəsinin adını çəkməyib, əvəzində İranın qlobal təhlükəsizliyə hədə olduğunu vurğulayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bennet deyib ki, İran son illərdə nüvə istehsalı həcmlərini və uranın zənginləşdirilməsi dərəcəsini “sıçrayışlı şəkildə” artırıb:

“İranın nüvə silahı proqramı kritik nöqtəyə çatıb və o bütün qırmızı xətləri keçib”.

Benyamin Netanyahunun 12 illik baş nazirliyinə son qoymuş Naftali Bennet sağ təmayüllü siyasətçidir.

O ABŞ prezidenti Co Baydenin İrana münasibətdə mövqeyinin sərtləşdirilməsinə çalışır.

“Sentrifuqları sözlə dayandırmaq mümkün deyil”

Bennet habelə ABŞ-ın yeni administrasiyasının 2015-ci il nüvə sazişinin dirçəldilməsi siyasətindən narazıdır.

ABŞ-ı sözü gedən sazişdən 2018-ci ildə keçmiş prezident Donald Tramp çıxarıb.

ABŞ-ın bu razılaşmadan çıxması ilə Tehranın üzərinə əzici iqtisadi sanksiyalar bərpa olunub.

Öz nüvə proqramının dinc səciyyə daşımasında israr edən İran Trampın addımına cavab olaraq tədricən saziş üzrə öhdəliklərindən geri çəkilib və nüvə fəaliyyətini gücləndirib.

Vyanada dolayısı ilə ABŞ və İran arasında keçirilən danışıqlar 6-cı dövrədən sonra, ötən iyunda mühafizəkar İbrahim Rəisinin prezident seçilməsi ilə dayanıb.

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian sentyabrın 24-də Baş Assambleyanın əsnasında bildirmişdi ki, Tehran “çox tezliklə” nüvə danışıqlarına qayıdacaq.

ABŞ rəsmiləri bu kimi bəyanatlara inamsız və şübhə ilə yanaşmağa başlayıblar.

Bennet bildirib ki, İranın məqsədi “nüvə çətirinin altında” bütün Yaxın Şərqdə ağalığa nail olmaqdır:

“Sentrifuqları sözlə dayandırmaq mümkün deyil”.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button