2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

İsrailin baş naziri regiondakı gərgin diplomatiya fonunda BƏƏ-yə səfər edib

İsrailin baş naziri Naftali Bennett körpəz dövlətlərinin liderləri ilə görüşmək üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ilk tarixi səfərini edib.

Bu, ABŞ-ın vasitəçiliyi ilə İsrail-Əmirlik münasibətlərinin ötən il “İbrahim Razılaşması” (“Abraham Accords”) adlanan sazişlə rəsmiləşdirilməsindən bəri ən yüksək səviyyəli qarşılıqlı səfərdir.

Saytların yığılması Saytlarin yigilmasi

Səfər dünya güclərinin İranla 6 illik nüvə sazişini yenidən canlandırmağa çalışdığı gərgin diplomatiya fonunda baş verir.

Beləki bu danışıqlar 1918-ci ildə ABŞ-ın həmin sazişdən çıxması və İrana qarşı yeni sanksiyaların tətbiqindən sonra xeyli çətinləşib. İsrail qəti şəkildə nüvə sazişinə qarşıdır.

İsrail ilə BƏƏ uzun müddətdir ki, təhlükəsizlik sahəsində gizli əməkdaşlıq edirlər, lakin açıq diplomatik münasibətlər yalnız 2020-ci ilin sentyabrında rəsmiləşdirib.

Bəhreynin də daxil olduğu “Abraham Razılaşması”ndan əvvəl ərəb dövlətləri arasında yalnız Misir və İordaniyanın İsraillə diplomatik əlaqələri var idi.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button